Gündəm


Zakir Həsənov əsgər yeməkləri ilə bağlı tapşırıq verdi

 

"Hərbi hissələrdə əsgərlərə şəraitə, şəxsi heyətin sayına və hərbi hissənin yerinə yetirdiyi vəzifələrin mahiyyətinə görə iki növ xidmət göstərilir: servis xidməti və özünəxidmət".

Mumtv xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi polkovnik Eldəniz Yəhyayev bildirib.

 

Onun sözlərinə görə, şəxsi heyəti çox olan hərbi hissələrdə servis xidmətinin tətbiqi məqsədəuyğun deyil: "Kifayət qədər çox sayda qab-qacaq istifadə olunur, masaların yeməyə hazırlanması və yığılması xeyli vaxt aparır ki, bu da günün nizam qaydalarına riayət edilməsinə mane olur. Digər tərəfdən, servis xidməti həm də şəxsi heyətin sayından asılı olaraq əlavə işçi qüvvəsi deməkdir. Özünəxidmətdə hər əsgər kombinə edilmiş sinidən istifadə edir ki, bu xidmətdə həm vaxta, həm də iş qüvvəsinə qənaət olunur. Bunlar yeməyin təşkilinin mexanizmidir. Etiraf olunur ki, əsgərlərimizin yeməkləri dadlı olur - ordu quruculuğunda həyata keçirilən islahatlardan sonra yeməkləri qadınlar, bir də ərzaq xidməti idarəsinin xətti ilə aşpazlıq kursu bitirən əsgərlər bişirirlər".

E.Yəhyayev bildirib ki, ərzaq məhsulları, eləcə də konservləşdirilmiş məhsullar laboratoriyalarda ciddi yoxlanılır: "Ərzaq məhsulları, eləcə də konservləşdirilmiş məhsullar bizim struktura daxil olan, nəzarətimiz altında fəaliyyət göstərən laboratoriyalarda ciddi yoxlanılır. Laboratoriya yoxlamalarından əlavə baytarlıq yoxlamaları da aparılır ki, belə yoxlamalar ərzaq təminatının keyfiyyətini təmin edir".

Zakir Həsənov əsgər yeməkləri ilə bağlı tapşırıq verdiXidmət rəisi qeyd edib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə hərbi hissələrdə milli yeməklərə daha çox üstünlük verilir: "Onu da qeyd etmək lazımdır ki, əsgərlərimiz üçün hazırlanan konservləşdirilmiş qidalarda da milli yeməklər üstünlük təşkil edir. Bütün bunlar, yuxarıda qeyd etdiyim kimi, laboratoriyalarda ciddi şəkildə yoxlanılır, yəni, həm bişirilən yeməklər, həm də konservləşdirilmiş yeməklər dadlı olur. Bütün növ qablaşdırmalar, konservləşdirmələr birmənalı şəkildə dövlət standartlarına müvafiq, müəyyənləşdirdiyimiz keyfiyyəti yüksəltməni təmin edən şərtlərimiz əsasında aparılır. İstər qablaşdırılma, istərsə də konservləşdirilmə prosesinə bizim ekspertlər nəzarət edirlər. Bu səbəbdən keyfiyyət həmişə təmin olunur. Neçə illərdir ki, "Beynəlxalq Ordu Oyunları" yarışları çərçivəsində "səhra mətbəxi" müsabiqəsi keçirilir. Azərbaycan bu yarışmada yüksək məsuliyyətlə təmsil olunur. Azərbaycanın hərbi "Səhra mətbəxi" bu yarışmalarda həmişə fərqlənib. Qürurla qeyd etməyi lazım bilirəm ki, yarışlar zamanı Azərbaycana aid pavilyonun qarşısında həmişə böyük növbə olur. Bu, Azərbaycanın mətbəxinə, mətbəx mədəniyyətinin timsalında Azərbaycan mədəniyyətinə marağın, ehtiramın, sevginin təzahürüdür /report

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər