Gündəm

Maliyyəçi Elnur Rəhimovu parlamentə kim və necə “daşıyır?” - “Bakı Tikiş Evi”ndən Milli Məclisə “TRAMPLİN”

MUMtv.a: - Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə “qələbə”si öncədən proqnozlaşdırılan bir sıra namizədlərlə bağlı ortaya xeyli suallar çıxır.

2020-ci ilin fevralında keçirilmiş növbədənkənar seçkilər nəticəsində formalaşan VI çağırış Milli Məclis də gözlənildiyi kimi, özünün səalhiyyət müddətini sona qədər davam etdirmədi. Prezident İlham Əliyevin iyunun 28-də imzaladığı müvafiq Sərəncama uyğun olaraq, parlament vaxtından əvvəl buraxıldı və sentyabrın 1-nə yeni seçkilər təyin olundu. Təbii, erkən seçkilərə start verildikdən sonra bütün diqqətlər başda hakim partiya olmaqla, siyasi qüvvələrin, o cümlədən, müstəqil siyasətçilərin seçki hazırlıqlarına yönəldi. Eyni zamanda, təyin olunan seçkilərin ölkə parlamentarizmi tarixində yeni mərhələnin başlanğıcı olaraq təqdim edilməsi bu mühüm siyasi kampaniyaya marağı daha da artırırdı. O baxımdan, namizədlərin irəli sürülməsinə start verildikdən sonra partiyaların kimləri “döyüş”ə cəlb etmələri istiqamətində müzakirələr vüsət aldı.

Sözsüz ki, bu sırada ilk növbədə 1995-ci ildən sonra keçirilmiş bütün parlament seçkilərində parlament çoxluğuna sahiblənən Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısı bu müzakirələrin episentrini təşkil edirdi. Bu, bir tərəfdən YAP-ın hakim partiya olması ilə əlaqədar idisə, digər tərəfdən Milli Məclisin yeni tərkibinin əhəmiyyətli dərəcədə yeniləcəyinə dair gözləntilərlə şərtlənirdi. O baxımdan, parlamentin tərkibində gözlənilən yeniliklər YAP-ın deputatlığa namizədlər korpusunun tərkibi ilə əlaqələndirilirdi. Qısaca demək olar ki, bu gözləntilər təsəvvür edilən miqyasda doğrulmadı. Çünki YAP-ın parlament karyeraları hələ ötən əsrdən başlayan veteranlarının yeni siyahıda da yer alması həm birmənalı qarşıalanmadı, həm də bəhs olunan gözləntiləri yetərincə zəiflətdi. Yəni belə hesab edildi ki, hakim partiyanın stajlı deputatları yenə namizəddirlərsə, onların növbəti dəfə mandat almamaları istisnadır.

Lakin YAP-ın 1 sentyabr seçkilərində namizədliyini irəli sürdüyü fərdlərin içində yenilərin olmadığını söyləmək də imkan xaricindədir. Hər halda, nəinki cəmiyyətdə, hətta media cameəsində belə adını kimsənin eşitmədiyi bəzi fiqurlar hakim siyasi təşkilatın namizədləri qismində mübarizəyə qoşulublar. Doğrudur, onlardan bir çoxunun “növbətçi namizəd” olduqları iddia edilsə də, həmin şəxslərin YAP-ın deputatlığa rəsmi namizəd statusu qazanmalarının özü də üstündən sükutla keçiləcək məsələ deyil.

Cəmiyyətdə adı eşidilməyən, jurnalistlərin belə tanımadığı YAP-ın deputatlığa namizədləri arasında Elnur Fidail oğlu Rəhimovun adı xüsusi seçilir. Əslində, burada “seçilir” sözü bəlkə də yerinə düşmür – artıq deyildiyi kimi, onun hər hansı ictimai obrazı mövcud deyil. Amma onun adını ictimai diqqətə yönəldən ciddi bir amil var – o, “Bakı Tikiş Evi” ASC-nin rəhbəri Fidail Rəhimovun oğludur. Həm də sadəcə oğlu deyil, eyni zamanda, atasının maliyyə məsələləri üzrə müavinidir. Bununla belə, xarici ölkədə təhsil almaq və tanınmış iş adamının oğlu olmaq YAP-ın namizədlər siyahısına düşmək üçün nə qədər yetərli ola bilər? Axı son məlumatlara əsasən, hakim partiyanın üzvlərinin sayı 700 min nəfəri çoxdan keçib. Təsəvvür edin, onların arasında Elnur Rəhimova siyasətdə master-klass keçə biləcək yüzlərlə, minlərlə, lap on minlərlə hazırlıqlı insan var. O zaman “Bakı Tikiş Evi”ndə gəlir-çıxar məsələləri ilə məşğul olan birinin YAP-ın namizədlər korpusuna daxil edilməsi nə dərəcədə təbii görünür? Cavab özlüyündə aydındır.

Bundan başqa, Elnur Rəhimovun atası Fidail Rəhimovun rəhbəri olduğu “Bakı Tikiş Evi” ASC-nin də cəmiyyətdəki reputasiyası müsbət deyil ki bu amilin onun namizədliyinə təsirindən danışmaq mümkün olsun. Əksinə, son illərdə məktəbli formalarının istehsalını monopoliyaya götürən, o məhsullara istədiyi qiyməti qoyaraq valideynləri soymaqdan çəkinməyən bir şirkətin belə məsələlərdə pozitiv rolu ola bilməz.

Ona görə də Elnur Rəhimovun YAP-ın namizədlər syahısına salınmasında “qüdrətli gizli əl”in rolu haqqında fikir yürütmək olar. Bəli, rəqiblərindən biri uzunmüddətli deputat Ziyad Səmədzadə olsa da, YAP-ın namizədi olması onun mandat almaq şansını artırır. Ancaq mandat qazansa belə, fövqəladə nə baş verəcək ki? VI çağırış Milli Məclisin deputatı olan və namziədliyi yenə irəli sürülən, Nurlan Həsənovdan fərqli nə edəcək? O da xaricdə təhsil almışdı, “yeni təfəkkür” sahiblərindən hesab olunurdu. Amma mətbuata ilk açıqlamasındaca Azərbaycanla Almaniya arasında “möhtəşəm” müqayisə apararaq, özünü ömürlük gülüş hədəfinə çevirdi.

Görək, Elnur Rəhimov mandat alacağı təqdirdə Azərbaycanı hansı ölkə ilə müqayisə edəcək? // yenicag.az


Son xəbərlər

Rektor pilləkən qəfəslərinə 118 min xərcləyir

Köçkünlərə növbəti zərbə: Tikinti şirkətləri Prezidentə yalan danışır?

Süni gözəlliyin “ÖLÜM MƏBƏDİ”: Səhiyyə Nazirliyi ”ağxalatlı qəssablar”a “niyə” göz yumur? – FOTO

Hesablama Palatası İdman Akademiyasıdakı nöqsanları niyə yaymadı?

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

Dələduzların qurbanı olmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO

Azərbaycanda bu qışın sərt keçəcək? - Rəsmi açıqlama

31 yaşlı jurnalist 70 yaşlı prezidentliyə namizədi necə tora salıb?

Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma"nı təsdiq etdi

Beyrutda ölənlərin sayı açıqlandı

Milli Məclisdə yeni komitələr yaradıla bilər

Ürək sağlamlığını necə qoruyaq?

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı iddialar nəzarətə götürülüb

İlham Əliyevin açılışını etdiyi Xankəndindəki məktəbin GÖRÜNTÜLƏRİ

Prezident maltalı həmkarını təbrik etdi

219 nömrəli məktəb bağlanır? - Rəsmi açıqlama

Xətaidə bu gün su olmayacaq

Maşın bazarında bu avtomobillərin qiyməti artdı - VİDEO

Qazaxıstanda həbsxanada məhbuslar iğtişaş törədib

Azad olunmuş ərazilərimizdə çox sayda silah-sursat aşkarlandı

20 il əvvəl edilən tatu qaraciyər sirrozuna səbəb oldu

Rüşvətə görə həbs olunan məmurun barəsində daha bir cinayət işi başlandı

Həmkəndlisinin evindən oğurluq edən Oğuz sakini saxlanıldı

Bu gün Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bu ölkə Livandakı vətəndaşlarının təxliyəsinə başladı

Paşinyandan erməni diasporuna xəbərdarlıq

Kredit maaş kartından birbaşa tutula bilərmi?

"Nazirlərin “3+3” formatında görüşü üçün iş aparılır" - Zaxarova

BU NƏDİ BELƏ: Nazirlik bir ədəd şagird partasının təmirinə 106 manat xərcləyəcək - İcazə verin, şübhələnək...

Azərbaycanda dollar bahalaşacaq? - AÇIQLAMA

“Zığ” Sağlamlıq Mərkəzində ağır şəkər xəstəsinə dərman verilmir - NARAZILIQ VAR...

Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!

Bütün xəbərlər