Gündəm

İş adamı QHT sədri deputatlığa hazırlaşır-Şeyxin qardaşına rəqib olacaq

MUMtv.az: - Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Seçkilərin rəsmi şəkildə elan edilməsi VII çağırış Milli Məclisə deputat seçilmək istəyən şəxsləri də hərəkətə keçirib. Millət vəkilliyinə iddia edən şəxslər arasında bir sıra tanınmış iş adamları və ictimai xadimlər də var.

Daxil olan məlumata görə, deputat seçilmək istəyən şəxslər arasında tanınmış iş adamı, QHT sədri Arzu Bağırova da var. İddialara görə, iş adamı olan QHT sədri parlamentdə təmsil olunmaq üçün bütün əlaqələrini işə salıb. Əslən Masallı rayonundan olan A.Bağırovanın namizədliyini elə bu bölgədən irəli sürəcəyi ehtimal edilir. Qeyd olunur ki, iş adamı uzun illərdir ki, bu bölgədə müxtəlif sosial layihələr və xeyriyyə işləri həyata keçirdiyi üçün ciddi elektrota malikdir. İddialara görə, iş adamı namizədliyini hazırda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qardaşı Cavaşir Paşazadənin deputat olduğu 75 saylı Lənkəran-Masallı seçki dairəsindən irəli sürmək niyyətindədir.

Onun bu təşəbbüsünün çox sayda sosial layihələr və xeyriyyə işləri həyata keçirdiyi rayonların rəhbərliyi tərəfindən dəstəkləndiyi bildirilir. Qeyd edək ki, A.Bağırova Masallı rayonunda həyata keçirdiyi önəmli layihələrə görə Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərman ilə təltif edilib.//Editor.az

Son xəbərlər

ABŞ-da yumurta böhranı: Azərbaycan məhsul ixracına başlayır

Tibbi sığorta zərfində xidmətlər genişləndiriləcək

Yol polisi şəxsi telefonu ilə çəkdiyi video əsasında cərimə yaza bilərmi?

“Laser Beauty Clinic”in bağlanan filialından YENİ BİABIRÇI GÖRÜNTÜLƏR: Türkiyəli həkim görün nə paylaşıb / FOTO

Qaradağda əməliyyat: həbslər var

Gələn ay plastik cərrahların fəaliyyətinin yoxlanılması başa çatır

Ərdoğandan qərar: Satışına qadağa qoydu!

Bəşir Süleymanlının həbs edildiyi bildirilir

FHN-dən yanğın təhlükəsizliyi ilə bağlı - Müraciət

Ramin Dekonun həbs müddəti uzadıldı

Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır

Məmməd Alpayın da həbs edildiyi deyilir

Nurlan Librenin həbs müddəti uzadıldı

Bayram günlərində yağış yağacaq, külək əsəcək, temperatur 10-15 dərəcə enəcək - XƏBƏRDARLIQ

Tədris-Cərrahiyyə Klinikasından ŞİKAYƏT - Həkimlərin maaşları aylardır ödənilmir, aparatlar işləmir - RƏSMİ AÇIQLAMA

Baş prokururluq Endokrinoloji Mərkəzdə yoxlamalar aparır- Rəhbər və həkimlər barədə araşdırma başlandı

"DOST" 3.3 milyonluq tenderini də bu şirkətə verdi

Qızılın qiyməti rekord vurur: Bahalaşmaya səbəb nədir?

Xankəndidə ölən erməni qadının meyiti Ermənistana aparıla bilər

Sabah 30 dərəcə isti olacaq

DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edib

Bu içkilər ağız xərçəngi yaradırmış

Prezident Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib

Prezident onları təltif etdi - SİYAHI

Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib

Bu iki bürc ciddi münasibətdən qaçır

Həkim erkən qırışların səbəblərini açıqladı

Rüstəm Xəlilov abadlıq işlərinə 1.5 milyon xərcləyəcək

Azərbaycanda 500 nəfər böyrək GÖZLƏYİR

Rəsmi Bakı Qırğızıstan və Tacikistan arasında sərhəd sazişini ALQIŞLADI

Kurskda kritik vəziyyət: Ukrayna ordusunun bütün yolları bağlandı

Bütün xəbərlər