Gündəm

AYNA sürücülərə bir də BELƏ PROBLEM YARADIR… – AXI NİYƏ?

MUMtv.az: - Paytaxt sakini Ceyhun Təyyar oğlu Aslanov bir neçə il əvvəl Bakı Nəqliyyat Agentliyi (ləğv edilib) tərəfindən ona yazılmış cərimələrə görə avtomobilini texniki baxışdan keçirə bilmədiyini deyir.

Sürücü bildirib ki, iyulun 27-də özünə məxsus olan 90-DD-530 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobilini növbəti texniki baxışdan keçirmək istəyib.

Lakin, DİN-in Baş DYP idarəsinin Xocasən qəsəbəsində yerləşən texniki baxış məntəqəsində BNA tərəfindən yazılmış cərimələr problem yaradıb: “BNA tərəfindən 2019-2021-ci illərdə mənə 6 protokolun yazılmasından, ümumiyyətlə, xəbərim olmayıb. Həmin protokollar nə mənim ASAN elektron kabinetimdə, nə də Daxili İşlər Nazirliyinin elektron sistemində yaradılmış elektron kabinetimdə var. Bundan əlavə, yaşadığım və qeydiyyatda olduğum ünvanıma da göndərilməyib.

Həm də çox maraqlıdır ki, protokollar mövcud olduğu halda necə ola bilər ki, 2019-2023-cü illər ərzində texniki baxışdan problemsiz keçmişik?! 18.02.2022-ci il tarixdə sürücülük vəsiqəmi “ASAN” Xidmət mərkəzində dövlət rüsumu ödənilməklə dəyişdirmişəm. Hamıya məlumdur ki, “Yol hərəkəti haqqında” Qanuna görə cərimə olduğu təqdirdə nə texniki baxışdan keçmək, nə də sürücülük vəsiqəsini dəyişdirmək mümkündür”.

Şikayətlə bağlı qısa araşdırma apararkən məlum oldu ki, Ceyhun Aslanov bu problemlə qarşılaşan ilk şəxs deyil. Belə ki, ləğv edilmiş və səlahiyyətləri müxtəlif qurumlar arasında bölünmüş BNA-nın tərtib etdiyi cərimələr sonradan DİN-in məlumat sisteminə inteqrasiya edilib və bu protokollar avtomobillərin texniki baxışdan keçirilməsi zamanı üzə çıxır.

Məsələ ilə əlaqədar Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Qurumun rəsmisi polkovnik-leytenant Mübariz Ağayev “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirdi ki, vətəndaş qarşılaşdığı vəziyyəti hüquqi müstəvidə mübahisələndirə və məhkəməyə müraciət edə bilər: “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin tələbinə əsasən nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermə hüququna malik olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi texniki baxışa təqdim edildikdə onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış, icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkətinin təhlükəsizliyin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə nəqliyyat vasitəsinin texniki vəziyyəti yoxlanılır və texniki baxışdan keçməsi barədə elektron talon tərtib edilir.

Bu müraciətdə qeyd edildiyi kimi ləğv edilmiş qurum tərəfindən vaxtilə qayda pozuntusuna dair inzibati cərimə tərtib edilibsə, o cərimələr də qanunvericiliyə əsasən çıxarılıb və sistemdə görünür. Həmin şəxs tərtib edilmiş protokollarla bağlı öhdəliklərini ödəməlidir və ya mübahisəli məsələ varsa, həmin sözügedən qurumun hüquqi varisinə və yaxud məhkəmə orqanına müraciət edərək məsələni həll etməlidir. Həmin cərimələrlə bağlı problem aradan qalxdıqdan sonra vətəndaş avtomobilini texniki baxışa təqdim edə bilər”//Qafqazinfo.Az

Son xəbərlər

ABŞ-da yumurta böhranı: Azərbaycan məhsul ixracına başlayır

Tibbi sığorta zərfində xidmətlər genişləndiriləcək

Yol polisi şəxsi telefonu ilə çəkdiyi video əsasında cərimə yaza bilərmi?

“Laser Beauty Clinic”in bağlanan filialından YENİ BİABIRÇI GÖRÜNTÜLƏR: Türkiyəli həkim görün nə paylaşıb / FOTO

Qaradağda əməliyyat: həbslər var

Gələn ay plastik cərrahların fəaliyyətinin yoxlanılması başa çatır

Ərdoğandan qərar: Satışına qadağa qoydu!

Bəşir Süleymanlının həbs edildiyi bildirilir

FHN-dən yanğın təhlükəsizliyi ilə bağlı - Müraciət

Ramin Dekonun həbs müddəti uzadıldı

Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır

Məmməd Alpayın da həbs edildiyi deyilir

Nurlan Librenin həbs müddəti uzadıldı

Bayram günlərində yağış yağacaq, külək əsəcək, temperatur 10-15 dərəcə enəcək - XƏBƏRDARLIQ

Tədris-Cərrahiyyə Klinikasından ŞİKAYƏT - Həkimlərin maaşları aylardır ödənilmir, aparatlar işləmir - RƏSMİ AÇIQLAMA

Baş prokururluq Endokrinoloji Mərkəzdə yoxlamalar aparır- Rəhbər və həkimlər barədə araşdırma başlandı

"DOST" 3.3 milyonluq tenderini də bu şirkətə verdi

Qızılın qiyməti rekord vurur: Bahalaşmaya səbəb nədir?

Xankəndidə ölən erməni qadının meyiti Ermənistana aparıla bilər

Sabah 30 dərəcə isti olacaq

DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edib

Bu içkilər ağız xərçəngi yaradırmış

Prezident Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib

Prezident onları təltif etdi - SİYAHI

Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib

Bu iki bürc ciddi münasibətdən qaçır

Həkim erkən qırışların səbəblərini açıqladı

Rüstəm Xəlilov abadlıq işlərinə 1.5 milyon xərcləyəcək

Azərbaycanda 500 nəfər böyrək GÖZLƏYİR

Rəsmi Bakı Qırğızıstan və Tacikistan arasında sərhəd sazişini ALQIŞLADI

Kurskda kritik vəziyyət: Ukrayna ordusunun bütün yolları bağlandı

Bütün xəbərlər