Gündəm
Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial
Texniki pasport və torpaq sahələrinə dair sənədlərin verilməsi elektronlaşdırıldı
Daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ xidmətin tətbiqinə başlanılıb. Belə ki, 1 fevral 2024-cü il tarixindən texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədləri elektron qaydada hazırlanır.
"MUMtv.az" xəbər verir ki, əvvəllər kağız daşıyıcıda verilən texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədləri 1 fevral 2024-cü il tarixindən etibarən elektron qaydada təqdim olunur.
Həmin sənədlərin elektron imza ilə təsdiqlənmiş elektron nüsxəsi SMS bildirişi vasitəsilə müraciət edən şəxslərə göndərilir. Vətəndaşlar həmçinin, SMS bildirişi vasitəsilə göndərilən linkə daxil olmaqla, “Xəritədə bax” düyməsini sıxaraq daşınmaz əmlakın ünvanını da onlayn xəritədə müəyyənləşdirə bilərlər.
Çıxarışların elektron qaydada verilməsindən sonra texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərinin də elektronlaşdırılması nəticəsində hazır sənədlərin əldə edilməsi üçün xidmət məntəqələrinə gəlmək zərurəti tamamilə aradan qaldırılıb.