Gündəm

İşdən çıxan meşə gözətçisi şok faktlar açıqladı – GÖRÜNTÜLƏR

İRİ DİAMETRLİ AĞACLARIN OLDUĞU MEŞƏ MASSİVLƏRİNDƏN İLİN BÜTÜN FƏSİLLƏRİNDƏ MÜTAMADİ OLARAQ QANUNSUZ AĞAC KƏSİMİ İŞLƏRİ APARILIR. KƏSİLƏN BU AĞACLAR HƏM YEŞİK EMALI SEXLƏRİNƏ, HƏM DƏ PARKET EMALI MÜƏSSİSƏLƏRİNƏ SATILIR. YEŞİK EMALI SEXLƏRİNƏ DAŞINAN ODUNCAQ KÜTLƏSİNİN ORTA YÜK TUTUMLU BİR MAŞINININ QİYMƏTİ 1000 MANAT, PARKET İSTEHSALI ÜÇÜN DAŞINAN MATREALIN BİR KUBU İSƏ 400-600 MANAT CİVARINDA DƏYİŞİR.
REGİONDA PARKET EMALI MƏRKƏZLƏRİ OLMADIĞI ÜÇÜN BU İSTEHSAL MƏQSƏDİ İLƏ KƏSİLƏN QİYMƏTLİ AĞACLAR ƏSASƏN BAKI ŞƏHƏRİNƏ APARILIR.
BU İŞLƏR ETSN-NİN QUBA RMTM-NİN RƏHBƏRLİYİ TƏRƏFİNDƏN XÜSUSİ BİR MEXANİZMLƏ HƏYATA KEÇİRİLİR. BU MEXANİZMİ XÜSUSİ HALA ÇEVİRƏN ÖZƏLLİK İSƏ ONUN OLDUQCA GİZLİN VƏ SƏSSİZ TƏŞKİL EDİLMƏ ZƏRURƏTİDİR. ƏN BİRİNCİ GİZLİLİK AĞACLARIN İZSİZ KƏSİLMƏSİDİR.

MUMtv.az: - Bu sözləri “7Times.az”-a ETSN-nin Quba RMTM-nin Vəlvələ meşəbəyliyinin 2-ci dolayında meşə gözətçisi işləmiş Zeynalov Ramin Ağalar oğlu bildirib.
Quba-Qusar meşələrindən qanunsuz kəsilərək parket sexlərinə daşınan qiymətli ağaclar öncə meşədən çıxarılaraq xüsusi həyətlərə gətirilir. Daha sonra həmin oduncaq qapalı yük avtomabilləri ilə Bakıya aparılır.

Ramin Zeynalovun sözlərinə görə regionda yeşik emalı ilə məşğul olan sexlərə daşınan oduncaq kütləsidə əsasən qiymətli ağac növlərinə aid olur. Nazirlikdən gələn yoxlamaların diqqətini yayındırmaq üçün hər emal sexinə həyətlərində çinar ağacından ibarət bir neçə kub material saxlamaq tapşırılır ki, gələnlər görsünlər ki sexlər yalnız meşə fonduna aid olmayan çinar ağacı ilə işləyir.

Bariz şəkildə üzə çıxan çılpaq fikir emosianal yaşantının ahəngini pozduğu kimi milli sərvətimiz olan meşələrimizi qorumaqla mükəlləf olan ekologiya nazirliyinin məsul şəxsləridə zamanla öz sosial yaşantılarının ahəngini dəyişə bilib.

Bu ahəng o qədər dəyişibki əvvəllər YDM-də çalışan bir şəxs, Meşə təsürrüfatı mərkəzinə rəhbərlik etdiyi qısa müddət ərzində saya hesaba gəlməyəcək varidata yiyələnib. Hər halda heç kəsə hətta ekologiya nazirimizədə sirr deyilki kimsə aylıq 1000 manat əmək haqqı ilə 2 il ərzində Bakı şəhərində qiyməti 200 min manata, Quba şəhərində qiyməti 150 min manata olan mənzillərə, həmçinin 30-40 min manat civarında olan avtomabilə və digər daşınmaz əmlaklara sahiblənə bilməz. Görünən dağa nə bələdçi…

Hələ ötən ilin sentybar ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Fondundan istifadə şöbəsinin müdiri Sadiq Salmanov və həmin qurumun Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rəşad Mahmudov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilmişdi.

Sadiq Salmanovun qiymətli növdən olan meşə materialının qanunsuz hərrac yolu ilə vətəndaşa ayrılmasını təşkil edəcəyini vəd edərək öz xidməti otağında tələb etdiyi pul məbləğinin 3 min manatını rüşvət qismində almasına, habelə, Sadiq Salmanovun Rəşad Mahmudovla əlbir olaraq növbəti dəfə eyni məqsədlə ona müraciət etmiş vətəndaşa rəsmi prosedurlardan kənar formada qiymətli ağac materiallarının verilməsi müqabilində hissə-hissə olmaqla ümumilikdə 3 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilmişdi.

Toplanmış ilkin sübutlar əsasında Sadiq Salmanova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri, Rəşad Mahmudova isə həmin Məcəllənin 311.3.1-ci maddəsilə ittiham elan edilib.


Son xəbərlər

Bəzi şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq

İşıqforun qırmızı işığında keçən və "protiv" sürənlərin cərimələri ARTIRILIR

Prezident Belarusla bağlı protokolu TƏSDİQLƏDİ

Bu tibb müəssisəsində rüşvət faktı - VİDEO

Abşeronda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

"Bunu etmək hüququnu “Pilot Residence”ə kim verib?" - NARAZILIQ VAR...

Bu halda telefonla danışmayın - Əhaliyə xəbərdarlıq

“Azərbaycanla sülh sazişi vacibdir” - Mirzoyan

FHN-dən əhaliyə MÜRACİƏT

Qarabağ yenidən qurulur, Əsabil Qasımov milyonlarla sərmayə ilə Kislovodskdə sanatoriya açır….- DE-FAKTO

Sürücülərin diqqətinə: Taksilərlə bağlı ciddi problemlər olacaq - VİDEO

İran İsraili müharibə ilə HƏDƏLƏDİ

Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət - VİDEO

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü KEÇİRİLİB

Təhlükəli səviyyədə duz işlədən ölkələr açıqlandı

Bu şəxslər dövlət qurumunu ata mülkü kimi idarə edirlər - VİDEO

Rüstəm Şahbazov bu dəfə də `YIRTACAQ`? - İDDİA...

İki deputatın doğulduğu qazsız kənd: Sakinlər hələ də meşədən odun daşıyır

Laçında hind filmi çəkiləcək

Milli Məclis buraxıldı, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edildi

Deputat təbbi fəlakətdən zərər çəkən insanlara maddi yardım olunmasını təklif etdi

Bu məhsullar vergi və gömrük rüsumundan azad olunur

Avtobus zolağına girənlərə cərimə balı da yazılacaq

Şəhid ailələrinin mənzil təminatı ilə bağlı qanuna dəyişiklik edildi

Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr

Dövriyyədən çıxarılmış narkotik vasitələrin məhv edilməsi qaydası dəyişdirilir

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik təsdiqləndi

Azərbaycanda yeni rüsumlar müəyyən edildi - 50 min manat

Normadan artıq yük daşıyanların cəriməsi artırılır

Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sənəd ratifikasiya edildi

Bütün xəbərlər