Gündəm

Hikmət Hacıyev Qriqoryanın cavabını verdi: “Tarixi səhvləri yenidən təkrarlamamaq üçün…”

“Ermənistan Təhlükəsizlik Şurasının katibinin bu açıqlaması əvvəlki və indiki Ermənistan siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini ört-basdır etmək, günahı başqasının üzərinə yıxmaq və özünə bəraət qazanmaq cəhdindən başqa bir şey deyil”.

"MUMtv.az"ın “Report”a istinadən məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Ermənistan Təhlükəsizlik Şurasının katibi Qarabağın Rusiya tərəfindən Azərbaycana verildiyini iddia edib. Bu, revanşizmin təzahürüdür, yoxsa bunu necə şərh edərdiniz?” sualına cavab verərkən bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyərək, şəhid verərək Ermənistan ordusunu 44 günlük Vətən müharibəsində məğlub edib, mütləq hərbi qələbə qazanıb, Ermənistanın 30 il davam edən hərbi işğalına son qoyub və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib:

“Ermənistan rəhbərliyi ordu sıralarında 10 min nəfərdən artıq fərarinin olduğunu özü etiraf edib. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində 23 saatdan az müddətdə Azərbaycan ərazisində qeyri-qanuni qalmaqda davam edən Ermənistan ordusunun qalıqları tərksilah edilib və Qarabağ tam azad edilib. Ümumən Ermənistan ordusunun 5 milyard ABŞ dollarından artıq dəyəri olan silah və sursatı məhv edilib və ya qənimət götürülüb.

Həm 44 günlük Vətən müharibəsi, həm də antiterror əməliyyatı bir çox dünya ölkələrinin hərbi akademiyalarında unikal hərbi əməliyyatlar olaraq öyrənilir. SEO Nədir

Təəssüflə qeyd etmək istərdik ki, bu kimi açıqlamalar Ermənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə hələ də revanşizm xülyalarının qalmasının təzahürüdür. Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə tarixi səhvləri yenidən təkrarlamamaq üçün revizionizm və revanşizm xülyalarından tamamilə əl çəkməyi, militarizasiya siyasətinə son qoymağı tövsiyə edirik

Son xəbərlər

Bəzi şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq

İşıqforun qırmızı işığında keçən və "protiv" sürənlərin cərimələri ARTIRILIR

Prezident Belarusla bağlı protokolu TƏSDİQLƏDİ

Bu tibb müəssisəsində rüşvət faktı - VİDEO

Abşeronda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

"Bunu etmək hüququnu “Pilot Residence”ə kim verib?" - NARAZILIQ VAR...

Bu halda telefonla danışmayın - Əhaliyə xəbərdarlıq

“Azərbaycanla sülh sazişi vacibdir” - Mirzoyan

FHN-dən əhaliyə MÜRACİƏT

Qarabağ yenidən qurulur, Əsabil Qasımov milyonlarla sərmayə ilə Kislovodskdə sanatoriya açır….- DE-FAKTO

Sürücülərin diqqətinə: Taksilərlə bağlı ciddi problemlər olacaq - VİDEO

İran İsraili müharibə ilə HƏDƏLƏDİ

Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət - VİDEO

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü KEÇİRİLİB

Təhlükəli səviyyədə duz işlədən ölkələr açıqlandı

Bu şəxslər dövlət qurumunu ata mülkü kimi idarə edirlər - VİDEO

Rüstəm Şahbazov bu dəfə də `YIRTACAQ`? - İDDİA...

İki deputatın doğulduğu qazsız kənd: Sakinlər hələ də meşədən odun daşıyır

Laçında hind filmi çəkiləcək

Milli Məclis buraxıldı, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edildi

Deputat təbbi fəlakətdən zərər çəkən insanlara maddi yardım olunmasını təklif etdi

Bu məhsullar vergi və gömrük rüsumundan azad olunur

Avtobus zolağına girənlərə cərimə balı da yazılacaq

Şəhid ailələrinin mənzil təminatı ilə bağlı qanuna dəyişiklik edildi

Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr

Dövriyyədən çıxarılmış narkotik vasitələrin məhv edilməsi qaydası dəyişdirilir

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik təsdiqləndi

Azərbaycanda yeni rüsumlar müəyyən edildi - 50 min manat

Normadan artıq yük daşıyanların cəriməsi artırılır

Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sənəd ratifikasiya edildi

Bütün xəbərlər