Gündəm
Gündəm / Siyasət
"Fransanın Cənubi Qafqazla bağlı siyasəti zərərlidir" - Hikmət Hacıyev
!["Fransanın Cənubi Qafqazla bağlı siyasəti zərərlidir" - Hikmət Hacıyev "Fransanın Cənubi Qafqazla bağlı siyasəti zərərlidir" - Hikmət Hacıyev](https://dogruxeber.az/uploads/posts/2024-06/medium/1718784174_1690388862.1643741448_hikmethaci.jpg)
Fransanın Cənubi Qafqazla bağlı siyasətini səmərəli hesab etmirik, bu, zərərli siyasətdir.
"MUMtv.az" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, Fransanın Ermənistanı silahlandırması indiyə qədər əldə olunmuş nəticələrə, Qafqazda sülhə təhdiddir: “Bu, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə zərbədir. Fransanın militarizasiya siyasəti Ermənistanda revanşist qüvvələri həvəsləndirəcək addımdır. Ermənistana öldürücü silahların verilməsi ciddi narahatlıq doğuran haldır. BMT TŞ-nin üzvü olaraq Fransa məsuliyyətli siyasət həyata keçirməlidir. Ermənistan Cənubi Qafqazda işğal və təcavüz törədən ölkədir. Belə ölkənin silahlandırılması məqbul hesab olunmur”.