Gündəm
Gündəm / Cəmiyyət
Gəncəyə yeni baş memar təyin edildi
Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə müdir (şəhərin baş memarı) təyinatı olub.
"MUMtv.az" qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Memarlıq və tikinti şöbəsinin müdiri- Baş memar vəzifəsinə Həsənzadə Elvin Kamran oğlu təyin edilib.
Qeyd edək ki, E.Həsənzadə bu təyinatadək Ağdaş Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri-Baş memar vəzifəsində çalışıb.