Gündəm

Rövşən Məmmədov xanımının əmisi ilə bir neçə nəfəri vəzifədən uzaqlaşdırıb – AzTV-də nə baş verir?

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti bir neçə əməkdaşı ilə yollarını ayırıb.

"MUMtv.az" Mia.az-a istinadən məlumatına görə, AzTV-dəki mənbədən konkret.az-a daxil olan məlumata görə, telekanalla yollarını ayıranlardan biri Texniki İstehsalat Birliyinin direktor müavini Xəlil Məmmədov, digəri isə Material-Texniki Təchizat Departamentinin rəhbəri Emin Nağıyevdir.

Mənbənin sözlərinə görə, Xəlil Məmmədovun vəzifədən ayrılmasının səbəbi təqaüd yaşı ilə əlaqədar olsa da, Emin Nağıyevin hansı səbəbdən vəzifədən çıxdığı məlum deyil.

Qeyd edək ki, mediada dəfələrlə yazıldığı kimi, Xəlil Məmmədov “AzTV” QSC-nin sədri Rövşən Məmmədovun həyat yoldaşının əmisidir. Emin Nağıyevin isə “AzTV” QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Natəvan Osmanlının əri olduğu deyilir.

AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Rüfət Seyidov sayta deyib ki, kadr dəyişiklikləri QSC-nin daxili işi hesab olunduğundan bu barədə geniş açıqlamaya ehtiyac görmür.

“Amma Xəlil Məmmədova gəldikdə, sizin məlumatınız doğrudur. O, həqiqətən, təqaüd yaşı ilə əlaqədar işdən ayrılıb. Ümumiyyətlə, AzTV-dən ayrılan əməkdaşlar özləri könüllü şəkildə ərizələrini yazıb işdən çıxırlar, yaxud, bu, əməkdaşın faydalı iş əmsalının aşağı olması səbəbindən baş verir”, – deyə AZTV sözçüsü əlavə edib.

Qeyd edək ki, AzTV-nin rəsmi saytında indiyədək iki departamentə – maliyyə və mühasibat uçotu və material-texniki təchizat departamentlərinə kimlərin rəhbərlik etmələrinə dair məlumat yoxdur.

Son xəbərlər

QÜDRƏT QURBANOVA YENİ VƏZİFƏ VERİLDİ - Heydər Əsədovun yerinə gətirildi

“Bakı 4 №-Li Yol İstismarı“ MMC-nin asvalt zavodu ekoloji problem yaradır -Fazil Musayev niyə cərimələnmir?

RÜSTƏMOV BU RAYONDAKI ƏMLAKLARINI DA SATIŞA ÇIXARIB – Torpaq sahələri, villalar, obyektlər...

Azərbaycanda polkovnik saxlanıldı

Sahil Babayevdən nazir müavinin deputat seçilən xanımının yerinə təyinat

Ayın 30-da, saat 06:00-dan... — Sürücülərə xəbərdarlıq

Avropa Məhkəməsi Azərbaycanla bağlı üç yeni qərarını elan etdi

Yanğına görə Xəzər TV-nin binası boşaldılır

Bakının tikinti mafiozu: üzərində həbs olan Rauf Əliyevi bu qurumlar himayə edir...

Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ

Naxçıvanda İmtahan Mərkəzi yaradıldı

Xarici şirkətin Azərbaycan nümayəndəliyi bədbəxt hadisənin baş vermə faktını gizlədib?

Xivədə 122 min manata “Şuşa günləri” keçirəcək şirkətlə nazir müavinini nə bağlayır?

Lənkəranda bələdiyyənin sənəd və torpaq "saxtakarlığı": Təmirlan Rzayev kimə arxalanır?

İnsanı 17 növ xərçəngdən qoruyan içki

Səttar Möhbalıyevin xanımı işdən çıxarıldı

İlham Əliyev Zəfər parkında

Netanyahu Livanda atəşkəslə bağlı danışıqlar apardığını açıqladı

Oqtay Əsədovun xanımının yerinə TƏYİNAT

Zelenskinin adına ticarət nişanı qeydə alındı

Azərbaycanla sülhə nail olmaq üçün konstitusiyanı dəyişdirməyə hazırıq - Paşinyan

Azərbaycanda Anım Günüdür

Dövlət Departamentinin Ceyhun Bayramovla Mirzoyanın görüşü ilə bağlı BƏYANATI

Türkiyə MN Azərbaycanın Anım Günü ilə bağlı bəyanat yaydı

“AzInTelekom”dan milyonlarla manat dəyərində TENDER

Oğuz RİH ATF-yə 600 minə yaxın pul ödəyəcək - Şirkət Saleh Məmmədovundur?

Tbilisi prospektində taksi duracaqları yaradılır

Rafael Mehrəliyevin tender oyunu

Şahin Bağırov da YARITMADI... - "Qaçaqmalçılıqla mübarizə adı altında..."

ABŞ nüvə müharibəsi təhlükəsi elan edib

Gələn ilin büdcə zərfinə daxil olan sənədlər Prezidentə təqdim edilib

Dəmir yolu stansiyalarında ödənişsiz internet istifadəyə verilir — Texniki tələblərə əməl olunacaq?

Bütün xəbərlər