Gündəm

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa  ŞƏBƏKƏ BİZNESİ ?  - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

Əvvəl: "Melorasiya və Su Təsərrüfatı" ASC - rəhbəri Zaur Mikayılov
İndi: Azərbaycan Dövlət Su Ehtiyatları agentliyi - sədri Zaur Mikayılov

Ölkə başçısının müvafiq sərəncamına əsasən qurumun adı dəyişdirildi, amma nə fəaliyyətində, nə də strukturda heç bir dəyişiklik olmadı.

Demək ki, "toplananların yerini dəyişdikdə, cəm dəyişmir".

Fəaliyyət və strukturda dəyişiklik yoxdursa, istənilən sahədəki özbaşınalıqlar da, qanunsuzluqlar da, barəsindəki narazılıqlar da, şikayətlər də olduğu kimi qalacaq. Necə ki, Zaur Mikayılov və onun tabeliyində çalışan müavinindən tutmuş, bölgələrdəki müdirlərə qədər hamısından şikayətlər əvvəl də var idi, bu gün də var. Nəzərə çarpan dəyişiklik isə yalnız, bu qurumda çalışanların özgüvənlərinin daha da artaraq, ifrat dərəcəyə çatmasıdır. Onlara görə hətta vətəndaşa səsini qaldıran rəhbərə olan arxayınçılıq və bu arxayınçılıqdan irəli gələn rüşvət, yeyinti faktları bu gün bütün bölgələrdə insanların narazılığına səbəb olub.

Deyəsən, ölkə xaricində "biznesin idarə olunması" ixtisasına yiyələnən Zaur Mikayılov, rəhbəri olduğu dövlət qurumunu da ixtisasına uyğun və əvvəl işlədiyi şəbəkə market formatında həyata keçirir.

Biz əvvəllər də Zərdab rayon Suvarma Sistemləri idarəsinin rəhbəri Əhliman Kərimovun fəaliyyətində yol verdiyi nöqsanlar, korrupsiya halları və digər qanunsuzluqlar barəsində "DogruXeber.az" informasiya portalında, eləcə də "Kanal14" YouTube kanalında faktlar təqdim etmişdik. Eyni zamanda, həmin faktları sorğu şəklində aidiyyatı qurumlara da göndərmişdik. Amma, Kürdəmir rayon Suvarma Sistemləri İdarəsinin rəhbəri vəzifəsindən korrupsiya ilə işdən çıxarılıb, barəsində cinayət işi açılan, hətta həbs olunub, sonra "sirli səbəblərlə" azadlığa çıxan, hələ bu da azmış kimi Zərdab rayon Suvarma Sistemləri İdarəsinə müdir təyin olunan Əhliman Kərimov bu gün də öz kürsüsündə əyləşib, "pulunu yığır".

"Pulunu yığır" deyərkən, idarənin texnikalarını icarəyə verib ordan aldığı, idarənin texnikaları üçün dövlətin ayırdığı yanacağı satıb, ordan aldığı, işə işçi götürərkən onlardan aldığı... və sair pullardan söhbət gedir ki, bütün bunlar barəsində əvvəllər bu idarədə mühəndis işləyən Şəmsi Əhmədov ətraflı şəkildə açıqlama vermişdi.

Yeyinti və nöqsanlarını yayımlamasın deyə, jurnalistə rüşvət təklif edən idarə müdirinin fəaliyyətinin qısa özəti - VİDEO+FOTO

"Bu idarədə atanın saxtakarlığını örtmək üçün vəzifələri oğullarına verilir" - VƏZİFƏ VARİSLİYİ ?! // VİDEO

Yerli "Yezid ordusu" fermerlərə zülm edir - VİDEO



Qeyd edək ki, məlumata görə Əhliman Kərimov Kürdəmir rayonunda özü işdən çıxarılsa da, fürsət tapıb, oğlunu həmin idarədə mühim vəzifəyə qoydurub.

Xatırladaq ki, haqqındakı bütün məlumatlar barəsində Əhliman Kərimovun mövqeyini öyrənmək üçün ona zəng etdiyimizdə, hər kəsin fəaliyyətini özününkü ilə eyni bilib, "bu məsələni dayandır, kartını da at mənə bir 50 manat göndərim, kontur alarsan" demişdi.

Danışdıqca, kimliyini daha da bəlli edən bu adam sonradan ümumiyyətlə susdu. Susdu ki, özünün yaratdığı bataqlıqda daha da batmadan, himayədarları onu qoruya bilsin. Hələ Kürdəmir rayonunda işlədiyi zamanlarda onun fəaliyyətinin narazı saldığı vətəndaşlardan birinin redaksiyamıza bildirdiyinə görə, Zaur Mikayılova yaxınlaşıb, özünü təqdim edib, Əhlimandan şikayət edən kimi, Zaur Mikayılov, - "Mən səni xatırladım. Bəsdir də, nə istəyirsən, imkan ver işləsin də", deyə ona səsini qaldırıb.

Amma , sonradan bu narazılıqları səsinin tonu ilə azalda bilməyəcəyini anlayıb, Əhliman Kərimovu (müvəqqəti olaraq) işindən azad etdi. Maraqlıdır ki, Kürdəmir rayon Suvarma Sistemləri İdarəsinin hazırkı müdiri Tahir Xəlilov də öz sələfinin fəaliyyətini eyni qaydada davam etdirir və bununla da narazı vətəndaşların sayını "qoruyub saxlayıb".

Tahir Xəlilovun insanlardan pul alıb, işə götürməsi, özünün işə gəlməməsi, telefon zəngi ilə müavinləri yönləndirməsi, günlərinin kollektivin ona yaxın üzvləri ilə restoranda yeyib-içməkdə keçirməsi və sair məlumatlar barəsində mövqeyini öyrənmək üçün, ona zəng etdik. Özümüzü təqdim edib, barəsindəki məlumatlara dair sual vermək istəyərkən, o, "sən kimsən mənə sual verirsən" deyə, səsinin tonunu qaldırdı.

Mətbuat nümayəndəsi ilə danışmağı bacarmayan, əgər, (qanunlar düzgün icra olunarsa) mətbuat nümayəndəsi ilə bu tonda danışdığına görə onu hansı qanuni cəzanın gözlədiyini bilsəydi, yəqin ki, bu qədər "cəsarətli" olmazdı. Amma, bilmir. Marketdən dövlət qurumuna "transfer olunan" kadrın bildiyi anca bu qədər olar...

Bildikləri və etdiklərinə rəğmən "dilini dinc saxlamağı da bacarmayan" Tahir Xəlilov, bizə verilən məlumata görə bir dəfə "dilinin bəlasına da düşüb". Yerli sakinlərin sözlərinə görə, restoranda yaxşıca yeyib-içdikdən sonra, rayonun kişiləri barəsində təhqiramiz ifadələr işlədərək, "kiçik bir axtarışa çıxıb". O, "axtarışın nəticəsi" isə Tahir Xəlilova sözün əsl mənasında ağır zərbə olub. Bir neçə gün gözlərdən uzaq olub, sonra eynəklə cəmiyyət içinə çıxan bu cavan oğlan, ikinci vətən müharibəsi zamanı harda olduğunu bilmirik, amma bu dəfə qarşımıza kimsədən qorxub-çəkinmədiyini sübut edəcək səs tonu ilə çıxdı.

Necə deyərlər, "həm suçlu, həm güclü"...

Yeri gəlmişkən, Kürdəmir rayonundan əvvəl Şəmkir rayon Suvarma Sistemləri İdarəsində 6 aylıq müdir keçmişi olan Tahir Xəlilov orada yerli sakinlərə və eləcə də çalışanlara "elə od qoyub" ki, "Ulduz" filminin Məhəmmədi demişkən, hələ "6 il tüstüsü təpələrindən çıxacaq".

Artizan quyularının qazılması və bərpası üçün dövlət büdcəsindən pul ayrılmasına baxmayaraq baxmayaraq, yerli sakinlər onlardan pul yığılması barəsində "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramında etiraz bildirirdilər. Bundan əlavə, idarənin iş zamanı yüksək gərginlikli elektrik xətlərinin olduğu yerdə işlədilən texnikalarından birinin sürücüsünün ölümü hadisəsi belə baş verib. Lakin, hər kəsdən gizlədilən ölüm hadisəsi dərhal ört-basdır edilib, ardından isə Tahir Xəlilov Kürdəmir rayon Suvarma Sistemləri İdarəsinə müdir gedib. Orada da özünə kifayət qədər narazı vətəndaş "auditoriya"sı topladığına görə, bəlli ki, başına nə gəlirsə-gəlsin vərdiş elədiyi iş üsulunu davam etdirir.

Yeri gəlmişkən, Tahir Xəlilov ilə yenicə danışmışdıq ki, bu "vurhavurda" Əhliman Kərimovdan bizə zəng gəldi. Deyir, "nə məsələdir?".
Soruşuruq, "hansı məsələ" ?

Deyir, "mənə link atdılar ki, orda nəsə yazılıb məndən. Mən də dedim görüm nə məsələdir". Amma, bizimlə danışdığı zaman Əhliman Kərimova gələn telefon zəngi deyəsən bizi ona xatırlatdı, "hə bildim, oldu, cavab göndərərik" deyib, tələsik sağollaşdı.

Görünür, daha yaddaşı sözünə baxmayan bu ağsaqqal ildən artıqdır ki, "ünlü iş adamı" olduğundan xəbərsizdir. Amma, maraqlıdır ki, aidiyyatı qurum olan Dövlət Su Ehtiyatları agentliyi (DSEA) də Əhliman Kərimovla birlikdə öyrənmiş oldu. Baxmayaraq ki, yuxarıda qeyd etdiyimiz kimi, hələ bir il əvvəl biz bütün faktları yayımlamadan öncə aidiyyatı qurumlara da rəsmi sorğu şəklində göndərmişdik. Eyni zamanda, "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən bütün saytlarımızda və "Kanal14" YouTube kanalında yayımlamışdıq. Lakin, bir neçə gün əvvəl DSEA-nin facebook səhifəsi bu məlumatların şərh bölməsində bizdən əlaqə nömrəsi istədi. Saytın əlaqə bölməsində nömrəmiz qeyd olunsa da təkrar şərh bölməsində yenə qeyd etdik. Amma...

Bəli, düz anladınız, amma yenə susdular.

Bu müddətsiz sükutun səbəbi isə düz DSEA-nə qədər uzanır. Etibarlı mənbənin redaksiyamıza verdiyi məlumata görə Əhliman Kərimov Zaur Mikayılovun "oliqarx məmur" kimi tanınan, Londonda milyon dollarlıq villası və digər biznesləri ilə mətbuatda özünəməxsus yer tutan müavini Rafiq Aslanovun tələbə yoldaşı imiş. Yeri gəlmişkən, Tahir Xəlilovun da Zaur Mikayılovun məhz özünün keçmiş iş yoldaşı olduğu deyilir. Yəni, bir zamanlar "Bravo" super marketdə birlikdə işləyiblər.
Yəqin buna görədir ki, hər iki müdirin "kəsdiyi başa, sorğu yoxdur".

İndilik bu belədir, lakin ümid edirik ki, tezliklə qanunlar dövlətin büdcəsinə və dövlət qurumunun nüfuzuna zərər verən bu şəxsləri mühakimə edəcək.

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər