Gündəm

Özünü qanunlardan üstün sayması bir yana... - ÖZBAŞINALIQ!

MUMtv.az: - Azərbaycanın strateji bölgəsi olan Naxçıvanda baş verən proseslər hər zaman ölkəmizdə və dünyada diqqət mərkəzində olub. Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun 30 ilə yaxın bir dövrdə muxtar respublikanı qapalı formada idarə etməsinə baxmayaraq, orada baş verənlər zaman-zaman üzə çıxarılıb və ölkədə ciddi müzakirə mövzusuna çevrilib. Talıbovun istefasından sonra muxtar respublika sakinləri hesab edirdi ki, yəqin, bundan sonra özbaşınalıqlar, qanunsuzluqlar olmayacaq, Naxçıvan bu baxımdan müzakirə mövzusuna çevrilməyəcək. Naxçıvanlılar hardan bilərdi ki, Vasif Talıbovdan sonrakı dönəmdə İsmayıl Əhmədov peyda olacaq, hansısa “fövqəlgücün” himayədarlığı sayəsində xüsusi səlahiyyət verilmiş şəxsə çevriləcək, tikinti sektorunu iflic vəziyyətinə salıb minlərlə muxtar respublika sakinini işsiz qoyacaq. Məramı, məqsədi, fəaliyyət istiqamətləri onu yaradanlardan başqa kimsəyə bəlli olmayan “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri İsmayıl Əhmədovun qanusuz əməlləri ilə bağlı təəssüf ki, hələ də ciddi ölçü götürülməyib.

“Tikilməkədə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvanda tikintiyə nəzarət adı altında qanunsuz fəaliyyətlə məşğul olur. Dia-az.info olaraq əldə etdiyimiz məlumatlar, muxtar respublikada fəaliyyət göstərən iri tikinti şirkətlərinin yaydığı açıqlamalar, cavabsız qalan suallar bizə belə deməyə əsas verir.

Dəfələrlə təkrarladığımız bu suala muxtar respublikanın heç bir dövlət orqanı, rəsmi şəxsi cavab verməyib: “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvanda tikintilərin keyfiyyətinə nəzarət etməyə, tikintiləri dayandırmağa və yoxlamağa səlahiyyəti varmı?”

Ölkəmizdə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi müəyyən edir.

Bu məcəllədə tikintiyə nəzarətin necə həyata keçirilməsi ilə bağlı bağlı maddələr var. Məcəllənin 96-cı maddəsi “Tikintiyə nəzarətin məqsədi və növləri” adlanır. Məcəllədə tikintiyə nəzarətin növləri belə sıralanıb: “Dövlət nəzarəti, texniki nəzarət, müəllif nəzarəti və daxili əməliyyat nəzarəti”.

“Tikilməkdə olan layihələrin idarə edilməsi” MMC özəl qurum olduğundan dövlət nəzarəti həyata keçirə bilməsi mümkünsüzdür. Hərçənd ki, İsmayıl Əhmədov dövlət orqanlarının bu səlahiyyətlərini də qeyri-qanuni şəkildə mənimsəyib.

Özünü qanunlardan üstün sayması bir yana... - ÖZBAŞINALIQ!

Deməli, mövcud qanunvericiliyə görə, İsmayıl Əhmədovun rəhbəri olduğu MMC tikintiyə ya texniki nəzarəti, ya da müəllif nəzarətini həyata keçirə bilər.

Məcəlləyə görə, tikintiyə texniki nəzarət sifarişçi tərəfindən təmin edilir və müvafiq peşə sertifikatına malik şəxslər tərəfindən həyata keçirilir.

Tikintiyə müəllif nəzarəti zamanı obyektin tikintisinin təsdiq edilmiş layihəyə uyğun aparılması yoxlanılır. Tikintiyə müəllif nəzarəti sifarişçi ilə layihəçi arasında bağlanmış müqaviləyə uyğun olaraq layihəçi tərəfindən həyata keçirilir.

Göründüyü kimi, texniki nəzarət müvafiq peşə sertifikatına malik şəxslər tərəfindən aparılmalıdır. Bizdə olan məlumata görə, “Tikilməkdə olan layihələrin idarə edilməsi” MMC-də çalışanların peşə sertifikatı yoxdur.

Şəhərsalma və Tikinti Məcəlləsində göstərilir ki, yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər.

İsmayıl Əhmədovun rəhbərlik etdiyi şirkət layihəçi olmadığından bu funksiyaları həyata keçirə bilməz. Amma faktlar göstərir ki, onlar qanunsuz şəkildə layihəçinin vəzifələrini icra edirlər. Hətta şirkətin layihələr üzrə texniki-müəllif nəzarətini həyata keçirmə səlahiyyətini rəsmiləşdirən müvafiq lisenziyasının olmamasına baxmayaraq.

Deməli, İsmayıl Əhmədov qanunları kobud şəkildə pozub, kimlərsə də buna göz yumub. Bu məcəlləyə görə, İsmayıl Əhmədovun rəhbərlik etdiyi müəssisə nə texniki nəzarəti, nə də müəllif nəzarətini apara bilər.
***
Yazımızın DAVAMI VAR...


Son xəbərlər

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Bütün xəbərlər