Gündəm

“Yolumuzun üstünə köşk qoyub piyadaların hərəkətinə mane olurlar” - FOTO

MUMtv.az: - Bakının Xətai rayonu Xocalı prospekti və Süleyman Vəzirov küçəsində yaşayan bir qrup sakin yaşadıqları əraziyə konteyner tipli obyektin qoyulmasından şikayətçidir.

“Qafqazinfo”ya müraciət edən sakinlərdən Mübariz Nəsibov Bakı Metropoliteninin “Xətai” stansiyasının yaxınlığına qoyulmuş köşkün piyadaların hərəkətinə maneə yaratdığını deyib.

O, sözügedən köşkün istifadəsiz qaldığını və kimə məxsus olmasının bilinmədiyini qeyd edib: “Bu obyekt daha əvvəl Süleyman Vəzirov küçəsinə gedən yolun üzərinə iki dəfə qoyulub. Lakin sonra götürüblər. İndi də bilinmir ki, bu obyekti buraya hansı məqsədlə qoyublar. “Xətai” metrosunun cəmi bir çıxışı var və əsas axın da bizim küçə istiqamətindədir. Bu obyekti də gətirib insanların piyada hərəkət etdiyi yerə gətirib qoyublar və piyadaların hərəkətini çətinləşdiriblər. Bir də görəcəyik ki, obyektin qarşısına müştərilərin oturması üçün stol-stul da qoydular. Həmin vaxt burada lap acınacaqlı vəziyyət yaranacaq”.

M.Nəsibov bildirib ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Xətai Rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, BŞİH-in Ticarət və Xidmət Depertamentinə müraciət ediblər. Lakin müraciətlər hələ ki, cavablandırılmayıb.

Qeyd edilən ərazidə yaşayan digər şikayətçi Pərviz İsayev də əlavə edib ki, obyektin sahibini də tapa bilmirlər: “Gələcəkdə buraya çoxlu insanın toplanacağını nəzərə alsaq, əhalinin sayını da düşünsək, böyük problemlərə yol açacaq. Dövlət qurumlarından da hansının buna icazə verdiyini də bilmirik ki, onlara müraciət edək. Harasa iki daş qoyan kimi, qurumlar gəlib adamın başının üstünə kəsir. Amma bu qeyri-qanuni qoyulmuş obyekti gətirib qoyublar və qanuniləşdirməyə çalışırlar. Bakının hər yerində abadlaşmanın aparıldığı bir vaxtda metronun yaxınlığında belə bir addımın atılmasını başa düşmürük. Həmçinin burada Xocalı Memorial Kompleksinin tikintisi həyata keçirilir. Həmin kompleksin qarşısına belə bir köşkün gətirilib qoyulması məntiqə uyğun gəlmir”.

Xətai Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirildi ki, sakinlərin şikayətçi olduğu obyektin onlara hər hansı aidiyyəti yoxdur.

“Yolumuzun üstünə köşk qoyub piyadaların hərəkətinə mane olurlar” - FOTO

“Yolumuzun üstünə köşk qoyub piyadaların hərəkətinə mane olurlar” - FOTO

Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər