Vanda miqrantlarla dolu qayıq batdı: 7 ölü
Türkiyənin Van gölündə miqrantlarla dolu qayıq batıb, yeddi nəfər boğularaq ölüb.
Bu məlumatı "Anadolu” agentliyi yayıb.
Məlumata əsasən, 64 miqrant xilas edilib.
İranla sərhəddə yerləşən Van əyaləti əsasən Əfqanıstan və Pakistandan olan miqrantlar üçün tranzit sayılır.