Gündəm

Ülvi Quliyevin oğlu Şuşada “at oynadır”: Deputatın xarici müxalifətlə nə əlaqəsi? – VİDEO

MUMtv.az: - 15 saylı Yasamal 1-ci seçki dairəsindən deputat seçilən Ülvi Quliyevin adı bu vaxta qədər bir çox qalmaqallarda hallanıb. Onunla bağlı media üzərindən apardığımız araşdırmalarda ölkədən qanunsuz kürü çıxartmaqdan tutmuş, biznes fəaliyyətinə, MTN-lə ilişkilərə qədər müxtəlif məlumatlara rast gəlindi. Ancaq indi cumhuriyyet.az olaraq təqdim edəcəyimiz iddia Ülvi Quliyevin nəinki deputat kimi karyerasına son qoya bilər, hətta onun azadlqda olmasını şübhə altına salar. Söhbət Deputat Ülvi Quliyevin dostu, Avropa mühacir müxalifətinin fəallarından biri olan Laçın Məmişovla əlaqələrindən gedir. Laçın Məmişov 2000-ci illərin əvvələrində Ülvi Quliyevin yaxın ərtafında yer alıb və onun bəzi biznes layihələrində də iştirak edib. Ülvi Quliyev 2005-ci ildə deputatlığa namizədliyini irəli sürərkən onun seçki qərargahının ən aktiv üzvlərindən biri, bəlkə də birincisi Laçın Məmişov olub. Daha sonra isə Laçın Məmişov bilinməyən səbəblər üzündən Azərbaycanı tərk edib və siyasi sığınacaq alaraq İsveçrənin Bern şəhərində məskunlaşıb. Hazırda o, Azərbaycan hakimiyyətinin Avropadkı ən radikal müxaliflərindən biri hesab olunur. Laçın Məmişov həm də digər mühacirlərdən fərqli olaraq Avropada komfort həyat sürür. Onun belə komfort həyatının, çəkdiyi filmlərinin maliyyə qaynağının Ülvi Quliyevə bağlı olduğu ehtimal edilir.

Eyni zamanda cumhuriyyet.az olaraq bildirək ki, iddialı məlumatlar arasında Ülvi Quliyevin gənc oğlu Orxan Quluzadənin Avropadakı həyatında da mühacir şəxsin ciddi dəstəyinin olduğu yer alır. Bildirək ki, Orxan Quluzadə Londona, Gardiff Univetsitetinə təhsil üçün gedəndə onun cəmi 17 yaşı vardı. Cəmi 1 il sonra, 18 yaşlı tələbə Orxan artıq atası Ülvi Quliyevin sayəsində həm də Britaniya Krallığında şirkət sahibi idi. Vətən müharibəsi başlayanda depuatın oğlu Orxan Londondakı isti, komfort ofisindən yazırdı: “Səfərbər olduq! Vətən-Torpaq uğrunda müharibə etdik!” deyən oğlu artıq Şuşada idi. Onun şirkəti “Şuşa Otel və Konfrans Mərkəzi”nin daxili təmir və bəzək işlərini həyata keçirməyə başlamışdı. Bax, Londondan Şuşaya belə gəlirlər. Sanki Ülvi Quliyevin oğlu bu qala şəhərini düşmən işğalından azad edən fatehdir, indi belə müştəbehliklə gələrək təmir və bəzək işlərində şirkətini qabağa verir.

Bundan başqa, deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadə Bakıda kafel-metlax mağazası da açıb. Mərkəz deputata məxsus “Diler İnşaat” QSC–nin satış mərkəzi kimi fəaliyyət göstərir. Deyilənə görə, Orxan Quluzadə biznesə 18 yaşından Londonda milyonluq sərmayə ilə başlayıb, arada bəxti gətirməyib, Sankt-Peterburqda 1 milyonu batırıb, amma sonra ayağa qalxmağı bacarıb, İngiltərədə 5 ev alıb, Türkiyədə şirkət açıb, Azərbaycanda binalar tikib, indi də dövlətin bahalı layihələrində iştirak etməkdədir, məmurlar arasında yaxşı müştəriləri var. Bu yaşda cavan oğlan Londondakı, Böyük Britaniya Krallığındakı dəyəri milyonlar olan 5 mülkü, milyonluq avtomobilləri, hansı pulla alıb, cənab Ülvi Quliyev?// cumhuriyyet.az



Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər