Gündəm

Müdafiə sənayesi nazirinə yeni müavin təyin olundu - FOTO

Müdafiə sənayesi naziri Vüqar Mustafayevə yeni müavin təyin olunub.

"MUMtv.az" APA-ya istinadən xəbər verir ki, müvafiq əmrlə Hidayət Əzimov müavin vəzifəsinə təyinat alıb.

Faktı Müdafiə Sənayesi Nazirliyinin mətbuat katibi Yaşar İsakov təsdiqləyib.

1985-ci ildə Bakıda anadan olan H.Əzimov 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2005-2007-ci illərdə magistr dərəcəsinə yiyələnib.

2006-2007-ci illərdə yerli hüquq şirkətlərinin birində hüquqşünas vəzifəsində fəaliyyət göstərib. 2007-2018-ci illərdə “Atəşgah” Sığorta Şirkətində hüquqşünas, şöbə müdiri və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb. 2018-2022-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit və konsaltinq şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalışıb.

Bu vəzifəyə təyin olunmazdan əvvəl Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

2018-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvüdür.

Qeyd edək ki, bundan bir gün öncə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunmuşdu.

Müdafiə sənayesi nazirinə yeni müavin təyin olundu - FOTO


Son xəbərlər

Taleh Kazımov bu qadını direktor təyin etdi - FOTO

Sükan arxasında heç kim özünü aldatmasın - DYP-dən müraciət

Mirzoyana Bayramovun BMT-dəki çıxışı ilə cavab verildi

Azərbaycanda İİV-lə yaşayan şəxslərin sayı açıqlandı

Gənclər arasında işsizlik dinamikası təhlil ediləcək

Bakıda obyekt sahibi ağacları kəsdi

Bu qadınların maaşları artırıla bilər

Azərbaycan I Liqasında ilk dəfə VAR sistemi tətbiq olunacaq

Xocalı Rayon Məhkəməsinə sədr təyin edilib

Prezident onları hakim təyin etdi - SƏRƏNCAM

İlham Əliyevdən sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN

"Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasında maraqlıyıq" - Mirzoyan

Minimum əməkhaqqı nə qədər artırıla bilər? - AÇIQLAMA

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar açıqlandı

Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI

Prezident qəbul keçirdi

Prezident Zakir Həsənova yeni müavin TƏYİN ETDİ - FOTO

ATƏT-in fəaliyyətdə olan sədri İrəvandadır

Daşaltıda seysmoloji stansiya qurulur

Türkiyə-Azərbaycan Universitetinin binası ilə bağlı AÇIQLAMA

Qarabağ Universitetinə qəbul planı təsdiqlənib

İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul etdi

Məzuniyyət hüququ beynəlxalq normalara uyğunlaşdırılacaq

Qubadlının Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərinə start verildi

Gürcüstan parlamenti mübahisəli qanunu sonuncu oxunuşda qəbul etdi

Vəkil ziyanın ödənilməsi ilə bağlı vaxt istədi - 332 minlik mənimsəmə cinayəti

Fransa Azərbaycan və Ermənistanı demarkasiya işlərini davam etdirməyə çağırdı

Azərbaycan çempionatında klubların sayı artırıla bilər

Paşinyanın əleyhdarları İrəvanda küçələri bağlamağa başlayıblar

DİN-dən dələduzlarla bağlı daha bir xəbərdarlıq - VİDEO

Putinin mülki şəxsi müdafiə naziri təyin etmək qərarı ilə bağlı AÇIQLAMA

AQTA bu məhsullara nəzarət edə bilmir – Təhlükəli qidalar təkcə bazarlarda yox, marketlərdə də satılır

Bütün xəbərlər