Gündəm

Ağ Ev İsraili soyqırımda ittiham etmək üçün heç bir səbəb görmür

ABŞ İsraili Qəzza zolağında soyqırımda ittiham etmək üçün heç bir hüquqi əsas görmür.

"MUMtv.az" xarici mediaya istinadən xəbər verir ki, bu fikri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə səsləndirib.

“Biz dəfələrlə bəyan etmişik ki, bu iş üzrə ittihamların əsassız olduğuna inanırıq, İsraili soyqırımda ittiham etmək üçün heç bir əsas yoxdur”, - deyə Kirbi bildirib.

İsrailin hərəkətləri soyqırım kimi tanınarsa, ABŞ Beynəlxalq Ədalət Məhkəməsinin qərarını qəbul edəcəkmi, yoxsa yəhudi dövlətinə qarşı tədbirlərin görülməsinə mane olmağa çalışacaqmı sualına cavab olaraq Ağ Ev nümayəndəsi qeyd edib ki, o, hadisələri qabaqlamaq fikrində deyil:

"Mən fərziyyə irəli sürmək fikrində deyiləm və ya prosesin qabağına getmək fikrində deyiləm. Biz konkret bir məsələyə münasibətimizi açıq şəkildə ifadə etmişik, həmçinin İsrail özünü müdafiə etdiyi zaman onu dəstəkləmək barədə fikirlərimizi açıqlamışıq", - Kirbi vurğulayıb.

Rəsmi əlavə edib ki, Qəzza zolağında öldürülən mülki əhalinin çoxluğuna baxmayaraq, Birləşmiş Ştatlar İsrail tərəfindən hərbi qanunların pozulmasına dair heç bir əlamət görmür: "Mülki itkilər həddən artıq çoxdur, biz bu barədə artıq danışmışıq. Biz İsraildən bu rəqəmin azaldılması üçün tədbirlər görmələrini istəyirik. Lakin onların silahlı münaqişə qanunlarını bilərəkdən və bilməyərəkdən pozduqlarına dair heç bir sübut yoxdur".

Son xəbərlər

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

“AzerGold” QSC-nin yeni istiqrazlarının ilk faiz ödənişi olub

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

Bütün xəbərlər