Gündəm
Gündəm
"Şaxta baba" bank soyub pulları havaya səpələdi
ABŞ-da Yeni il öncəsi maraqlı soyğun hadisəsi baş verib.
Mumtv xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Kolarado əyalətində bank soyan saqqallı bir şəxs oğurladığı pulları sözün həqiqi mənasında "havaya sovurub". hadisə şahidləri onun bunu edərkən "Noeliniz mübarək" deyə bağırdığını deyiblər. 65 yaşlı Devid Ueyn Oliver bankı soyduqdan sonra küçəyə çıxıb və pulları torbadan çıxararaq havaya səpələyib.
Onun daha sonra yaxınlıqdakı kafeyə gedərək polislərin gəlməsini gözlədiyi deyilib. İnsanlar yerə tökülən pulları toplayaraq banka təhvil veriblər. Yerli mediada Oliver "Şaxta baba"ya bənzədilib.