Gündəm

Paytaxtın artan “göydələnləri” nə qədər güvənlidir? - VİDEO
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Son illər paytaxtda 15-20-25 və daha artıq mərtəbədən ibarət olan göydələnlər tikilir. Bəs bu tikililər tikilərkən, şəhərin geoloji quruluşu, küləklər şəhəri olması və seysmik cəhətdən fəal zonada yerləşməsi və digər amillər nəzərə alınırmır?

 Mumtv Metbuat.az-a istinadən  xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru” proqramında geniş süjet yayımlanıb.

Hər bir bina tikiləndə əsas 3 amil nəzərə alınmalıdır. 1-ci, binanın dayanıqlılığı, 2-ci onun daşıdığı funksiya və nəhayət 3-cü amil isə binanın estetik görünüşüdür. Amma son illərdə tikilən bəzi binalarda sonuncu amilin, yəni estetik görünüşünün əsas götürüldüyünün, vacib amillərin isə arxa plana keçməsinin şahidi oluruq.

Məhərrəm Həsənov – Coğrafiya İnstitutunun Direktor Müavini: "Şəhərsalma, arxitektura məsələlərində coğrafi xüsusiyyətlər, iqlim xüsusiyyətləri nəzərə alınmalıdır. Təkcə Bakı yox, Azərbayan özü seysmik cəhətdən fəal olan ərazidə yerləşir. Bu nəzərə alınmalıdır. Həmçinin landşaft xüsusiyətləri də nəzərə alınmalıdır”.

Göydələnlərin böyük şəhərlərin əsas atributuna çevrildiyini deyən ekspertlərin sözlərinə görə, hər bir binanın konstruksiyası nəzəri cəhətdən zəlzələyə və digər təbiət hadisələrinə davamlı olmalıdır.

Aslan Xəlilov – Memar: "Göydələnlərin ilk materialı kərpic və palçıqdan olub. Müasir dövrdə isə dəmir beton konstruksiyalardan istifadə olunur. O tikili konstruksiya elə qurulmalıdır ki, küləyin səmtinə əks istiqamətdə olsun. Və onun yerləşdiyi ərazidə sürüşmə meyarlarına da baxmaq lazımdır”.

Hər bir binanın inşasına başlamadan öncə müvafiq qurumlar araşdırma aparır, torpağın möhkəmliyi, ərazinin seysmikliyi yoxlandıqdan sonra tikintiyə icazə verilir.

Eyvaz Ağakişiyev – Mühəndis: "Seysmikliyə görə, hansı hündürlükdə bina tikmək mümkün olduğuna icazə verirlər. 16 mərtəbəyə icazə veriblər, biz də tikirik. Küləkli şəhərdir. Küləyi və qar yükünü də nəzərə alırlar”.

Göydələnlərin hündürlüyü onun tikildiyi ərazidən də asılıdır. Məsələn, şəhərin nisbətən çökək, küləksiz yerində tikilən binanın hündürlüyü ilə şəhərin nisbətən hündür küləkli yerində tikilən binanın hündürlüyü eyni ola bilməz.

Aslan Xəlilov – Memar: "Çökək yerdə daha hündür, yüksək yerdə daha az mərtəbəli binalar olsa daha məqsədəuygun olar”.

Qeyd edək ki, Bakıda ən hündür bina tikilməkdə olan "Baku Tower” hesab edilir. 276 m hündürlüyü, 52 mərtəbəsi olan tikili eyni zamanda Qafqazda ən hündür bina hesab olunacaq. Tikintisi artıq başa çatmış "Socar Tower”in 209 metr hündürlüyü, 42 mərtəbəsi var. 33 mərtəbəlik "Alov Qüllələri” isə 182 metr hündürlüyündədir. 

 

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər