Gündəm

“İsgəndər ASA Holdinq”in 150 minlik dələduzluq edən əməkdaşı ilə bağlı QƏRAR

Ali Məhkəmədə dələduzluqda və saxta sənədlər hazırlamaqda ittiham olunan Rüstəm Qurbanovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"MUMtv.az"ın Pravda.az-a istinadən əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Rüstəm Qurbanovun şikayətini təmin etməyib.

İttihama görə, Rüstəm Qurbanov 25 yanvar 2018-ci il tarixdən etibarən əmək müqaviləsi ilə hüquqi ünvanı ünvan “İsgəndər ASA Holdinq” şirkətlər qrupunun məşğulluq təsnifatı üzrə baş direktorun köməkçisi, əmək müqaviləsi üzrə şirkətin prezidentinin idarəetmə və daxili inzibatçılıq məsələləri üzrə köməkçisi vəzifəsində işləyib. O, 2020-ci ildə A.Əbdüləzizov və onun oğlu Z.Əbdüləzizova özünü sözügedən şirkətin vitse-prezidenti kimi təqdim edib, nazirliklərdən biri tərəfindən ümumi dəyəri 100 milyon manat təşkil edən konservləşdirilmiş balıq məhsullarının satın alınması üzrə tenderdə iştirak edəcəyinə inandırıb. Rüstəm bu məqsədlə şərik qismində onlardan 150 000 manat pul alıb. Eyni zamanda, o, kompüter və printer avadanlığı vasitəsilə rəsmi sənəd hesab olunan gəlir müqaviləsi, habelə Rusiyada fəaliyyət göstərən OJSC “Mamonovskiy Ribokonservniy” Kombinatından konservləşdirilmiş Atlantik skumbriya balıq məhsullarının Azərbaycana idxalı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin adından icazə sertifikatlarını istifadə etmək məqsədi ilə qanunsuz hazırlayıb.

Daha sonra Rüstəm Qurbanov verdiyi vədə əməl etməyib və zərərçəkmişlərin şikayəti əsasında saxlanılıb.


Son xəbərlər

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Bütün xəbərlər