Gündəm

“Milli Yaylaq Festivalı”nı ehtiyat generatorla təchiz etmişik”
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Bu gün "Azərişıq” ASC 2019-cu ilin tədbirlər planı çərçivəsində regionlarda kənd və qəsəbələrin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davamı olaraq Gədəbəy rayonuna növbəti avadanlıqlar yola salıb. 

Bu barədə "Qafqazinfo"ya qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, dayaqlardan, 4 ədəd yeni Komplekt Transformator Məntəqələrindən (KTM), kilometrlərlə uzunluqda kabellərdən və digər zəruri avadanlıqlar rayonun 5 kəndinin elektrik enerjisi ilə təchizaını yaxşılaşdıracaq: "Hazırda avadanlıqlar Gədəbəyə çatdırılıb və bunlar rayonun Plankənd, Parakənd və digər kəndlərinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması üçün istifadə olunacaq. Bu isə ümumilikdə 3 minə yaxın abunəçinin elektrik enerjisi təchizatının yaxşılaşması deməkdir”.

 

"Azərişıq” rəsmisi həmçinin bildirib ki, təmsil etdiyi qurum Gədəbəydə keçirilən "Milli Yaylaq Festivalı” zamanı elektrik enerjisi təchizatında fasilə yaranmaması üçün lazımi tədbirlər görüb: "Bundan əlavə festivalın keçirilməsində elektrik enerjisinin təchizatında yarana biləcək hər hansı fasilənin aradan qaldırılması üçün "Azərişıq” olaraq "Milli Yaylaq Festivalı”nı ehtiyat generatorla təchiz etmişik”.

Xatırladaq ki, 2019-cu ilin əvvəlindən bəri "Azərişıq” genişmiqyaslı yenidənqurma işləri üçün Gədəbəy rayonundan əlavə regionlara avadanlıqlarla təchiz olunmuş 12 maşın karvanı yola salıb. Onlar Beyləqan, Ağstafa, Ağsu, Şamaxı, Qəbələ, Cəlilabad, Lənkəran, Sabirabad, Goranboy rayonlarına və Bakının Xəzər rayonunun Binə qəsəbəsi və Binəqədi rayonunun "Kənd Binəqədi”, Sulutəpə və Xocasən, habelə Biləcəri qəsəbələrinə belə karvanlar yola salınıb.

T.Mustafayev əlavə edəb ki, "Azərişıq” ölkənin bütün regionlarında, ucqar dağlıq bölgələrində də elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davam etdirir: "Bu işlərin 2019-cu ilin 2-ci yarısında da fasiləsiz davam etdiriləcək. "Azərişıq" olaraq əsas vəzifəmiz Prezidentin qarşıya qoyduğu vəzifəyə uyğun Bakı və ölkənin digər bölgələrində və kəndlərində abonentlərin elektrik enerjisi ilə fasiləsiz, keyfiyyətli təminatını həyata keçirməkdir”.

“Milli Yaylaq Festivalı”nı ehtiyat generatorla təchiz etmişik”
“Milli Yaylaq Festivalı”nı ehtiyat generatorla təchiz etmişik”

Son xəbərlər

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bütün xəbərlər