Gündəm
Gündəm / Hadisə / Dünya
Rusiya yenidən Kiyevi vurdu - Yaralananlar var
Rusiya hərbçilərinin Kiyevə raket hücumu zamanı yaşayış binalarına ciddi ziyan dəyib. Dağıntıların düşməsi nəticəsində 53 nəfər yaralanıb.
"MUMtv.az" xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko "Telegram"da məlumat verib.
"Düşmənin gecə hücumu nəticəsində ümumilikdə 53 nəfər yaralanıb. Onlardan ikisi uşaq olmaqla 20 nəfər xəstəxanaya yerləşdirilib. 33 yaralıya həkimlər yerindəcə tibbi yardım göstəriblər. O cümlədən, 6 uşağa da tibbi yardım göstərilib".