Gündəm
Gündəm / Siyasət / Cəmiyyət
Ermənistan Türkiyə ilə sərhədi açmağa hazır olduğunu bildirdi
![Ermənistan Türkiyə ilə sərhədi açmağa hazır olduğunu bildirdi Ermənistan Türkiyə ilə sərhədi açmağa hazır olduğunu bildirdi](https://dogruxeber.az/uploads/posts/2023-12/medium/1701500954_1701498777.skrinshot-18-03-2023-015751.jpg)
Ermənistan üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması ilə bağlı Türkiyə tərəfindən müsbət siqnallar gözləyir.
"MUMtv.az" xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Nazirlik qeyd edib ki, Ermənistan-Türkiyə sərhədindəki "Marqara" buraxılış məntəqəsi istismara hazırdır: ""Marqara" sərhəd-keçid məntəqəsi istismara hazırdır və Ermənistan tərəfi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılması ilə bağlı Türkiyə tərəfdən daha müsbət siqnallar alacağını gözləyir".