Gündəm
Gündəm / Cəmiyyət
Azərbaycanda qış fəsli necə keçəcək? - AÇIQLAMA
"Hava ilə bağlı daha etibarlı proqnozlar 3-4 günlük, bir həftəlik olur. Bundan daha uzun müddətə nəyisə söyləmək dəqiq deyil. Bu, ancaq fərziyə ola bilər".
"MUMtv.az" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib. O bildirib ki, qış fəsli üçün bütün qurumların hazırlıq işləri aparması təqdirəlayiqdir.
"Çünki gözlənilmədən iqlim dəyişmələri fonunda hava sürprizləri ilə qarşılaşırıq. Noyabr ayında temperaturun normadan 7 dərəcə yüksək olması gözlənilmirdi. Lakin belə oldu. Buna görə bu il qış fəslində soyuq dövrlər də istisna edilmir. Lakin yaxın həftə, on gün ərzində biz hələ ki, havanın temperaturunun ciddi dərəcədə azalacağınız gözləmirik".