Gündəm

Azərbaycanda qar uçqunları ola bilər - Xidmət rəisindən AÇIQLAMA

“Bu ilin yanvar ayında iqlim dəyişmələri gözlənilməz əlamətləri ilə özünü büruzə verdi. Cənub enliklərində görünməmiş şaxtalar, qar yığınları və təpələri məgər iqlimin istiləşməsidir? Həqiqətən də, ilk baxışda bu sualın məntiqi olduğunu düşünmək olar, lakin iqlim və hava eyni bir şey deyil”.

"MUMtv.az"ın bildirdiyinə görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.

Onun sözlərinə görə, əgər hava mövsümə uyğun olmayaraq istidirsə, belə fikir söylənir ki, “iqlim dəyişir”, yox, əgər qar yağırsa, qlobal istiləşməyə şübhə ilə yanaşılır:

“Lakin bu iqlim dəyişmələri deyil, hava şəraitinin dəyişkənlikləridir. Əgər söhbət uzun illər müşahidə edilən havadakı dəyişikliklərdən gedirsə, bu zaman həqiqətən də iqlimdə baş verən dəyişikliklər nəzərdə tutulur. İqlim dəyişmələri isə onillikər ərzində orta göstəricilər üzrə baş verən dəyişikliklərdir.

İqlim Yer üzərində baş verən ən müxtəlif proseslərin qarşılıqlı əlaqələrini özündə əks etdirir, bu da iqlimşünaslığı çoxşaxəli, mürəkkəb, maraqlı və çox əhəmiyyətli bir elm edir.
İqlim sisteminin daim fasiləsiz dəyişiklik vəziyyətində olması normal haldır. Lakin bu gün Yer unikal iqlim mərhələsini keçirir. İqlim dəyişikliyi atmosfer sirkulyasiyasına təsir edir. Bu isə bəzi regionlar üçün xarakterik olmayan hava hadisələrinin tez-tez baş verməsi ilə özünü göstərir.

Yağıntıların nisbi bolluğuna baxmayaraq, bu ilin yanvar ayında havanın orta temperaturu iqlim normasından 2,6 dərəcə yuxarı olub. Ümumilikdə isə 25 günün yalnız 4-də temperatur normadan aşağı qeydə alınıb (0,2-1 dərəcə), 21 gün isə orta iqlim göstəricilərindən 0,9 – 4,9 dərəcə yuxarı müşahidə edilib. Yanvarın 7-də isə bu göstərici normadan 6,7 dərəcə yuxarı olub”.

O qeyd edib ki, yağıntılar daha çox ölkənin şərq hissəsində qeydə alınıb:

“Burada 25 gün ərzində aylıq normadan 27-43 faiz çox yağıntı düşüb. Bakı və Abşeron yarımadasında isə 11 gün yağıntı qeydə alınıb ki, onun 4-ü sulu qar və qar halında olub.

Növbəti yağıntılı soyuq hava cəbhəsi yanvarın 27-də gözlənilir. Əlverişsiz hava yanvarın 28-i günortayadək davam edəcək. Bu dövr ərzində bölgələrdə sulu qar və qar halında yağıntıların olacağı proqnozlaşdırılır. Bakıda yağış yağacağı, axşam və gecə saatlarına yaxın isə sulu qara keçəcəyi gözlənilir.

Havanın temperaturu 2-5 dərəcə arasında olacaq. Abşeron üçün belə proseslərdə xarakterik olan şimal-qərb küləyinin yanvarın 27-i güclənməsi, 28-i isə günün birinci yarısında tədricən zəifləməsi gözlənilir. Küləyin maksimal sürəti 20-23 m/s olacaq.

Ayın son günləri isə hava yağıntısız və nisbətən sabit keçəcək. Bakıda hava bəzi saatlarda dəyişkən buludlu olacaq, bəzi vaxtlarda isə cənub küləyi (gilavar) güclənəcək. Yüksək dağlıq ərazilərdə arabir güclənən cənub-qərb küləyinin əsməsi və temperaturun nisbətən yüksəlməsi qar uçqunlarının baş verməsinə səbəb ola bilər”.


Son xəbərlər

Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər

Səttar Möhbaliyevin qara kassasının həbsi gözlənilir

"Milli Onkologiya Mərkəzində zülm ərşə dirənib": Xəstələr etiraz edir

Hansı yağ təhlükəlidir?- AÇIQLAMA

Göyçay İcra Hakimiyyətinin bir gündə 4 tenderi ləğv olundu

Tərtərdə içində deputatın yaxın qohumu olan 6 nəfərlik dəstə həbs olundu – Korrupsiya həbslərinin yeni dalğası

Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır – BŞİH rəsmilərinin nəzərinə

Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı

Yeni formalaşan parlament tez buraxılacaq? - AÇIQLAMA

Vardanyanın avropalı şəriklərinin Ağdərədəki qanunsuz biznesi - VİDEO

"Həmin kəndlər müharibənin tətikçisi idi" - Erməni deputat

46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb

Azərbaycan Rusiya XİN-ə nota göndərdi

MSK sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək

İran hələ də Zəngəzur dəhlizi ilə bağlı sərt bəyanatlar verir

Almaniyada nasistlərin gizli bunkerləri tapıldı

Azərbaycanda ən yüksək əmək haqqını kimlər alır?

Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulur

Yaxşı ki tikinti materialları yerli istehsaldır, yoxsa... - MÖHTƏKİRLİK...

Bu günə olan valyuta məzənnələri

Naomi Kempbell Heydər Əliyev Mərkəzində - VİDEO

Trampa qarşı növbəti sui-qəsd cəhdi oldu

Daha bir məntəqənin nəticələri ləğv edildi

Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

Müəllimlərin yerdəyişməsi prosesi "biznes"ə çevrilir? — RƏSMİ CAVAB

Sümükləri dəmir kimi möhkəm edən ÇAY

Bir şagirdin məktəbə getməsi neçəyə başa gəlir? — ARAŞDIRMA // VİDEO

Uzunmüddətli davam edən münasibətlərin 6 əsas SİRRİ

"Müəyyən məqamda Rusiya ilə dialoq vacibdir" - Stoltenberq

Yerin 9 gün silkələnməsinin səbəbi açıqlandı

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Metronun bu stansiyasında təmirə başlanılacaq

Bütün xəbərlər