Gündəm
Gündəm / Siyasət / Cəmiyyət
İrəvan Azərbaycana qarşı daha bir iddia qaldırmaq istəyir
İrəvan "Qarabağ sakinlərinin mülkiyyət hüququnun bərpası" məsələsi ilə bağlı Bakıya qarşı dövlətlərarası iddia qaldırmağa hazırlaşır.
"MUMtv.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin ofisinin mətbuat katibi Hasmik Samvelyan bildirib.
"Hələlik konkret tarixlər yoxdur, lakin bu, yaxın gələcəyin məsələsidir", - Samvelyan qeyd edib.
Qeyd edək ki, Ermənistanın bundan əvvəl Azərbaycanla bağlı BCM-də qaldırdığı əsassız iddialar rədd edilib.