Gündəm

Xocalıda soyqırımı törətmiş daha bir erməni terrorçu həbs olundu - VİDEO

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində mövcud olmuş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddətdə törədilmiş terrorçuluq, sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə bağlı kompleks araşdırmalar aparılır.

"MUMtv.az" Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən xəbər verir ki, əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinən Beqlaryan Raşid Aramayisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 112, 113, 115.2, 279.1 və 318.1-ci maddələri ilə ittiham olunaraq həbs edilib. Qeyd olunan işgəncələrə məruz qalmış həmin şəxslər müəyyən edilərək hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar.

Dindirilməsi zamanı təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olması barədə məlumat verərək bildirib ki, 25 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri və onların tabeçiliyində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin Xankəndi şəhərindən mülki əhalinin sıx yaşadığı Xocalı şəhərinə etdikləri hücum vaxtı qabaqcadan qurulmuş plana uyğun olaraq, sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər verilmiş, 26 fevral 1992-ci il tarixində özünün də daxil olduğu həmin silahlı birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetiriblər. Cinayətkar dəstə üzvləri tərəfindən həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra onların meyitləri Əsgəran qalası ətrafında basdırılıb.

İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Raşid Beqlaryan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat verib.

Hazırda qeyd olunan cinayət əməlləri ilə bağlı araşdırmalar davam etdirilir.



Son xəbərlər

"Vosmoy bazarı" ləğv olunur

"Bir və ya bir neçə görüşdən nəticə çıxmayacaq" - AÇIQLAMA

“Çirkli pul”lara” amnistiya:”İş adamlarını qorumaq üçün...” - AKTUAL

Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi təxirə SALINDI

Qızılcaya yoluxanlara antibiotik vurmaq olmaz - RƏSMİ

2024-cü il dünya tarixində "ən isti il" olacaq

Vanqa 2024-ü necə görüb? - Putin, xərçəng və daha nələr

Buğda istehsalçılarına aldığı kreditlərə dövlət zəmanəti və faiz subsidiyası veriləcək

Prezident Rusiya ilə bağlı olan sazişi təsdiqlədi

Mirzoyan və Lavrov qapalı görüş keçirir

“Eşq mələyi” - Qadın həbsxanasında kitab təqdimatı // FOTO

Laçından Zabuxa avtobus marşrutu açılacaq

Ölkənin psixoloq bəlası - “bazar var, gəlim” fəlsəfəsindən necə qurtulaq....

Prezidentə və Birinci Vitse-Prezidentə Xətai rayon Məhkəməsindən şikayət. Tapşırıqla işləyənlər!-VİDEO

"Ermənistan dost ölkədir" - Kreml

Prezidentdən 5 milyonluq SƏRƏNCAM

Maliyyə Nazirliyinin AQTA-ya verdiyi mühüm sənəd yoxa çıxdı

"SİPARK" MTK sakinləri süründürür - VİDEO

Bakıda 10 yaşlı şagird qızılcadan ÖLDÜ

İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq

Şəhid ailələri və müharibə əlillərinə 250 mənzil verildi

Bu il aqrar sahəyə nə qədər kredit və güzəşt ayrılacaq? - Nazir AÇIQLADI

Şəhid Elmaz Hacıyevin anım günü keçirildi - FOTO // VİDEO

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası 

Sabah güclü maqnit qasırğası olacaq

İtaliya bu ölkə üçün F-35 qırıcıları istehsal edəcək

"İndi pul istəsək, ağlayacaq" - Putin nazirlə zarafat etdi

"Azərbaycan belə formatı davam etdirmək istəmir" - Ruben Babayan

Nazarbayev ikinci ailəsinin olduğunu etiraf etdi

Fransada nazirlərə WhatsApp və Telegram-dan istifadə qadağan edildi

Qaraheybətdə helikopter qəzasından 2 il ÖTÜR

Ərdoğan bu gün BƏƏ-yə səfər edəcək

Bütün xəbərlər