Gündəm

“Veteran pulu” nə qədər artırılacaq? - Mühüm AÇIQLAMA

MUMtv.az: - Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov çıxış edib.

O bildirib ki, müharibə veteranlarına təqaüdün məbləğinin artırılması məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, 2019-cu ildə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilib və onun aylıq məbləği 80 manat müəyyən olunub. Bu həftə parlamentdə büdcə müzakirələri zamanı vəsaitin artırılması barədə təkliflər səsləndirilib.

Bəs vəsait nə qədər artırıla bilər?

Məsələ ilə bağlı Modern.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinə sorğu ünvanlayıb. Fondun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sorğumuzu cavablandırıb.

"Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun çıxışında bildirdiyi kimi, müharibə veteranlarının təqaüdünün artırılması məsələsi müzakirə olunacaq. Müzakirələr yekunlaşdıqdan sonra məbləğin nə qədər artacağı ilə bağlı məlumat veriləcək",- Rəşad Mehdili vurğulayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında veteranların təqaüdünün artırılmasını vacib hesab etdiyini bildirib:

“Bu məsələ çox ciddi qaldırılıb. Himalay müəllim bildirdi ki, məsələyə baxıla bilər. Maliyyə naziri də bu məsələyə baxılmalı olduğunu deyib. Onu nəyəsə bağlamalıdırlar. Bəziləri deyir ki, veteranların təqaüdü yaşayış minimumuna gəlib çıxmalıdır. Məncə, öncədən bir rəqəm demək düzgün deyil. Bu məsələ şəraitdən və imkandan asılıdır.. Dövlət büdcəsinin hesabından, gəlirlərindən də çox şey asılıdır”.

Qarabağ qazisi Rey Kərimoğlu isə müharibə veteranlarının təqaüdlərinin minimum istehlak səbəti həddinə çatdırılmalı olduğunu düşünür:

"Veteranların təqaüdünün artırılması bütün müharibə iştirakçılarının gözlədiyi bir məsələdir. Amma təəssüf ki, hələ də onlara verilən 80 manat təqaüd artırılmayıb. Konkret rəqəm deyə bilmərəm, amma ümid edirik ki, bu məbləğ minimum istehlak zənbili həddinə çatdırılacaq. "Qarabağ qaziləri" birliyi təklif edir ki, yaralı veteranların təqaüdü digərlərinə nisbətdə 3 dəfə artıq olsun. Məsələn, hazırda veteranların təqaüdü 80 manatdır, yaralı veteranlara isə 240 manat verilsin. Yaralı veteran deyəndə, yaralanıb, amma müharibə əlilliyi dərəcəsi almayan şəxsləri nəzərdə tuturam. Dövlət Şəhid ailələrinə, müharibə əlilləri ilə bağlı çox böyük işlər görür.//siam.az


Son xəbərlər

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Qubad İbadoğlu siyasətdən getdi

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Müsavatda növbəti seçki - Namizədlər açıqlandı

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? - AÇIQLAMA

Sülhlə bağlı danışıqlar Ermənistan-Azərbaycan sərhədində keçirilə bilər

Azərbaycan-Belarus sənədləri imzalanıb

Pensiyalar nə qədər artıb?

Qara sarımsağın faydaları

Vardanyanın həbs müddəti uzadıldı

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanıldı

Ermənistan hökuməti bu kəndə görə Azərbaycandan vaxt istədi

Ermənistan sərhədçilərini delimitasiya olunmuş ərazilərə yerləşdirdi

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb

ABŞ yönümlü təriqətlər Ərdoğana qarşı sui-qəsd planlaşdırıblar - KİV

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

Tələbə qızı öldürüb dostu ilə birlikdə basdıran şəxs SAXLANILDI

Sərhədçilərimiz bu tarixdə Qazaxın 4 kəndinə yerləşdiriləcək

Ermənistanla sərhədimiz bu xəritələr əsasında delimitasiya olunur

Bu günə olan valyuta məzənnələri

Sülhməramlılar Xocalıdan belə yola salındı - VİDEO

Hərbçimiz vəfat etdi

Putin və Si Cinpinin məhdud tərkibdə görüşü keçirilir

Sərhədçilərin Ermənistan və Azərbaycan sərhədinə yerləşdiriləcəkləri vaxt bəlli oldu

Bu, dizlərinizi sağlam saxlayır

Bu gün demarkasiya-delimitasiya protokolu imzalana bilər

Bütün xəbərlər