Gündəm

Pensiyalar nə qədər artacaq? - Rəqəmlər dəqiqləşir

2023-cü ilin ilk 9 ay üzrə orta aylıq nominal əməkhaqqı artımı da elan edildi. Bu müddətdə orta aylıq əmək haqqı 11.2 faiz artıb. Qeyd edək ki, ilk 8 ayda bu göstərici 11.3 faiz idi. Orta aylıq əmək haqqındakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni, bu il ərzində orta maaş nə qədər artacaqsa pensiyalarda artım da o qədər olacaq.

"MUMtv.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O qeyd edib ki, hazırda indeksləşmədə iki göstəricidən (orta aylıq əmək haqqının artım səviyyəsi və inflyasiya göstəricisi) istifadə edilir:

"Pensiya məbləği əvvəlki ildə orta aylıq nominal əmək haqqında artım tempinə, pensiya kapitalı isə infilyasiya göstəricisinə indeksasiya olunur. Bu ildən tətbiq olunan vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur".

"Bu ilin 9 ayındakı tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar təxminən 11 faizə indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm 2024-cü ilin yanvar ayında elan olunacaq. Bütün hallarda, orta maaşda artım tempi yüksəldikcə pensiyalarda daha çox artımlar müşahidə olunacaq. Bu baxımdan, orta aylıq əmək haqqındakı artım faizi yalnız ölkə iqtisadiyyatında muzdla çalışan işçilər üçün deyil, həmçinin pensiyaçılar üçün də əhəmiyyətlidir", - deyə V.Bayramov bildirib.


Son xəbərlər

Sükan arxasında heç kim özünü aldatmasın - DYP-dən müraciət

Mirzoyana Bayramovun BMT-dəki çıxışı ilə cavab verildi

Azərbaycanda İİV-lə yaşayan şəxslərin sayı açıqlandı

Gənclər arasında işsizlik dinamikası təhlil ediləcək

Bakıda obyekt sahibi ağacları kəsdi

Bu qadınların maaşları artırıla bilər

Azərbaycan I Liqasında ilk dəfə VAR sistemi tətbiq olunacaq

Xocalı Rayon Məhkəməsinə sədr təyin edilib

Prezident onları hakim təyin etdi - SƏRƏNCAM

İlham Əliyevdən sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN

"Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasında maraqlıyıq" - Mirzoyan

Minimum əməkhaqqı nə qədər artırıla bilər? - AÇIQLAMA

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar açıqlandı

Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI

Prezident qəbul keçirdi

Prezident Zakir Həsənova yeni müavin TƏYİN ETDİ - FOTO

ATƏT-in fəaliyyətdə olan sədri İrəvandadır

Daşaltıda seysmoloji stansiya qurulur

Türkiyə-Azərbaycan Universitetinin binası ilə bağlı AÇIQLAMA

Qarabağ Universitetinə qəbul planı təsdiqlənib

İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul etdi

Məzuniyyət hüququ beynəlxalq normalara uyğunlaşdırılacaq

Qubadlının Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərinə start verildi

Gürcüstan parlamenti mübahisəli qanunu sonuncu oxunuşda qəbul etdi

Vəkil ziyanın ödənilməsi ilə bağlı vaxt istədi - 332 minlik mənimsəmə cinayəti

Fransa Azərbaycan və Ermənistanı demarkasiya işlərini davam etdirməyə çağırdı

Azərbaycan çempionatında klubların sayı artırıla bilər

Paşinyanın əleyhdarları İrəvanda küçələri bağlamağa başlayıblar

DİN-dən dələduzlarla bağlı daha bir xəbərdarlıq - VİDEO

Putinin mülki şəxsi müdafiə naziri təyin etmək qərarı ilə bağlı AÇIQLAMA

AQTA bu məhsullara nəzarət edə bilmir – Təhlükəli qidalar təkcə bazarlarda yox, marketlərdə də satılır

Təkcə bir idarəsində 5 milyon YOXA ÇIXIB... - RƏSMİ İTTİHAM

Bütün xəbərlər