Gündəm
Gündəm / Dünya
HƏMAS Qəzzanın şimalına nəzarəti İTİRDİ
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari HƏMAS hərəkatının Qəzza zolağının şimalına nəzarəti itirdiyini bildirib.
"MUMtv.az" xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri yazıb.
Onun sözlərinə görə, noyabrın 8-də anklavın 50 minə yaxın sakini humanitar dəhliz vasitəsilə cənuba təxliyə edilib.
"Biz Qəzza şəhərinə hücumu dərinləşdirməyə və mülki obyektlərə bitişik tunelləri bağlamağa davam edirik", - sözçü vuğulayıb.
Haqari qeyd edib ki, atəşkəs üçün heç bir plan yoxdur, lakin İsrail ordusu mülki əhalinin təxliyəsi üçün “humanitar fasilələr” tətbiq edir.