Gündəm

`Geri dönməyən` avtobuslar, `tənha` və işəyaramaz ödəniş terminalı... - Avtovağzalda nə baş verir?

MUMtv.az: - Bakı Beynəlxalq Avtovağzalında vətəndaşlar gecikən avtobus xətlərindən və nasaz vəziyyətdə olan ödəniş terminallarından əziyyət çəkirlər. Avtovağzalda işlək vəziyyətdə cəmi bir ədəd ödəniş terminalı var və səhərlər bu terminalın qarşısında uzun növbələr yaranır. Həmin terminalın ekranı bərbad gündə olduğundan, sərnişinlər kartlarına yüklədikləri məbləğin ümumi miqdarını ekranda görə bilmirlər.
"Beynəlxalq" statusu daşıyan Bakı Avtovağzalında vəziyyət həm avtobus xətləri, həm də elə ödəniş terminalları cəhətdən o qədər acınacaqlıdır ki, buranın vəziyyətini görən o saat düşünür ki, görəsən, kompleksə ayrılan yüzminlərlə vəsait hara xərclənir? Hər gün onlarla avtobusun yola düşdüyü bu iri avtovağzal meydanında cəmi bir ədəd ödəniş terminalının "fəaliyyət" göstərməsi və onun da "yarımcan" olması ondan xəbər verir ki, bu sahəyə ayrılan vəsaitlər "yuyularaq" aradan çıxarılırmı? Başqa necə ola bilər ki? Vağzal meydanına, avtobusların dayandığı duracaqlara bir neçə ödəniş terminalını yerləşdirmək niyə belə "aşılmaz divar"a çevrilib?

Məsələ budur ki, həmin terminallardan konkret olaraq hansı qurumun məsuliyyət daşıdığını da demək qeyri-mümkündür. Ancaq hər bir halda bu, "beynəlxalq"lıqla əlaqəsi itən bu avtovağzalın belə biabrçı vəziyyətdə qalmasına səbəb sayılmasın gərək...

Yeri gəlmişkən, onu da qeyd edək ki, avtovağzaldan şəhərə doğru hərəkət edən 37 nömrəli avtobus xəttində cəmi 3 ədəd nəqliyyat vasitəsi fəaliyyət göstərir. Üç il öncə bu haqda maraqlananda bildirilmişdi ki, xəttəki avobuslar işğaldan azad olunan bölgələrə göndərildiyindən, avtobus xətlərində gecikmələr və sıxlıq müşahidə olunur. Yəqin ki, indi üç ildir həmin avtobuslar azad olunmuş ərazilərdən qayıdıb. Bəs indi niyə xətdə cəmi üç avtobus var? Qeyd edək ki, anoloji vəziyyət digər avtobus xətlərində də müşahidə olunur.//Bizimyol.info


Son xəbərlər

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib - İDDİA

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR... - "ƏMİN" ƏLLƏRDƏDİR...

Keşlə bazarı sökülür? - Rəsmi açıqlama

"Meliorasiya və Su Təsərrüfatı"nın 2 idarəsi birləşir

Azərbaycanlı müğənni kamerunlu bəylə evlənib - VİDEO

Məhkəmə onlarla bağlı qərar VERDİ

Rəhmon Putini miqrantlar məsələsini müzakirə etməyə dəvət EDİB

Xocalıda insan qalıqları TAPILDI

Dövlət Su Ehtiyatları Agentliyinin daxilində gərgin anlar yaşanır - ŞOK məlumat

İlin sonuna kimi Cəbrayıla 712 ailə köçürüləcək - VİDEO

Bu Avropa ölkələri Fələstinin müstəqilliyini tanıya bilər

Sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq

Ermənistanda Azərbaycanla sərhəddə Rusiya hərbi və sərhəd postları yığışdırılacaq

Baş müstəntiq rəis müavini təyin edildi

Naxçıvanın incəsənət xadimlərini təltif olundu

Ukraynada məhkumlar səfərbərliyə cəlb ediləcək

Anar Kərimovun qaynının şirkətindən nazirliyə transfer - Sahil Babayev müşavir təyin etdi - FOTO

Bakının bu küçələri bağlı olacaq - Sürücülərin nəzərinə

NATO Ukraynaya qoşun göndərməyəcək

Sabah Bakıda 23 dərəcə isti olacaq

Bəzi incəsənət xadimlərinə Prezidentin mükafatları verildi

Bu şəxslərə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM

Prezidentdən Ömər Eldarovla bağlı SƏRƏNCAM

Rusiya səfiri Yaponiyanın ABŞ-ın atom bombası ilə bağlı siyasətini ikiüzlülük adlandırdı

Prezident və xanımı Həzi Aslanovun məzarını ziyarət etdi

İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım edildi

“WhatsApp”da yenilik

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Putin Paşinyanla təhlükəsizlik məsələlərini bağlı qapılar arxasında müzakirə etmək İSTƏDİ

Paşinyan Putinin təklifini qəbul etmədi - "Bunu danışmışıq"

Alman faşizmi üzərində qələbənin 79-cu ili

KTMT-dən Ermənistanın maliyyələşdirməni dayandırmasına REAKSİYA

Bütün xəbərlər