Gündəm

Hərbi xidmətə “yararsız” adı ilə hərbi bilet alanlara BƏD XƏBƏR! – Yeni mühüm qərar QƏBUL OLUNDU

"MUMtv.az" xəbərverir ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar verilməsi qaydası dəyişir. Bu, Milli Məclisin 16 oktyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu qanunun 15.2.2-15.2.5 maddələrində (15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında) nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.

Bəs yeni qanunun mahiyyəti nə olacaq?

Bu barədə danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Ramiz Şərifov Referans.az-a bildirib ki, yeni qərar sayəsində əvvəllər hərbi xidmətdən yayınan bəzi gənclər artıq bu əməllərə əl ata bilməyəcəklər:

“Yeni qərarın mahiyyəti ondan ibarətdir ki, əvəllər Hərbi Komissarlıq ya da Dövlət Çağırış Komissiyası vətəndaşları çağıranda onlar özləri qərar qəbul edirdilər ki, bu şəxslər xidmətə yararlıdır, yoxsa yararsızdır. Bununla da bir çox vətəndaşlarımız, gənc nəsil kimlərinsə əli ilə xidmətdən yayınırdılar. 3 illik, 4 illik, xəstəliklə və digər bəhanələrlə, nəticədə nə qədər adam hərbi xidmətdən yayınırdı”.

Ekspert qeyd edib ki, yeni qərara əsasən hərbi komissarlıq özü tibbi cəhətdən yoxlama apara bilməyəcək. Onun sözlərinə əsasən, yoxlanış müvafiq orqan tərəfindən həyata keçiriləcək: Ya müvafiq icra hakimiyyətinin nəzdində komissiya tərtib olunacaq, onlar bütün çağrışçıları yoxlayacaqlar, yəni bir həkim olmayacaq, həkim komissiyası olacaq. Yekun qərar isə Dövlət Sosial Müdafiə Fondunun xəstəliklərin meyyarları var ona uyğun olaraq keçiriləcək. Bu da xidmətdən yayınmanın qarşısını almaq üçün alınan bir qərardır”.

Milli Məclisin deputatı Fazil Mustafa Referans.az-a bildirib ki, bu cür qərarların nə dərəcədə effektli nəticə doğuracağını dəqiqləşdirmək çətindir:

“Son vaxtlar hərbi komissarlıqlarda bu istiqamətdə neqtiv halların artdığı barədə mənim məlumatım yoxdur. Təbii ki, yayınanlar olur. Amma bütövlükdə bu məsələlərdə ciddi şəkildə irəliləyiş əldə olunarsa, o zaman struktur islahatına getməyə dəyər. Biz bunun çox şahidi olmuşuq ki, bir sıra sahələrdə yaradılan qurumlar əvvəlkindən çox da effektli işləməyib. Hər halda düşünülübsə, yeni qurum bu məsələyə baxsın, yəqin ki, onun məsuliyət dairəsi də artacaq və burada su-istifadə hallarına yol verilməyəcək”.

Deputat qeyd edib ki, hərbi xidmətdən yayınma hallarında bir az ictimai qınaq məsələsi çox önəmlidir. Onun sözlərinə görə, Türkiyədə bu ictimai qınağın olması müəyyən dərəcədə o yayınmanın qarşısını alır, amma bizdə ictimai qınaq yoxdur. Hər kəs buna sadə bir məsələ kimi baxırlar.//guninfo.net

Son xəbərlər

Sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq

Ermənistanda Azərbaycanla sərhəddə Rusiya hərbi və sərhəd postları yığışdırılacaq

Baş müstəntiq rəis müavini təyin edildi

Naxçıvanın incəsənət xadimlərini təltif olundu

Ukraynada məhkumlar səfərbərliyə cəlb ediləcək

Anar Kərimovun qaynının şirkətindən nazirliyə transfer - Sahil Babayev müşavir təyin etdi - FOTO

Bakının bu küçələri bağlı olacaq - Sürücülərin nəzərinə

NATO Ukraynaya qoşun göndərməyəcək

Sabah Bakıda 23 dərəcə isti olacaq

Bəzi incəsənət xadimlərinə Prezidentin mükafatları verildi

Bu şəxslərə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM

Prezidentdən Ömər Eldarovla bağlı SƏRƏNCAM

Rusiya səfiri Yaponiyanın ABŞ-ın atom bombası ilə bağlı siyasətini ikiüzlülük adlandırdı

Prezident və xanımı Həzi Aslanovun məzarını ziyarət etdi

İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım edildi

“WhatsApp”da yenilik

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Putin Paşinyanla təhlükəsizlik məsələlərini bağlı qapılar arxasında müzakirə etmək İSTƏDİ

Paşinyan Putinin təklifini qəbul etmədi - "Bunu danışmışıq"

Alman faşizmi üzərində qələbənin 79-cu ili

KTMT-dən Ermənistanın maliyyələşdirməni dayandırmasına REAKSİYA

Dövlət Xidməti Prezidentin fərmanlarından xəbərsizdir?

Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR... - FOTOFAKT

Nazir rüşvət almaqda təqsirləndirilən Saleh Novruzini işdən çıxardı - Yerinə onu gətirdi

"Bolt" qiymətləri qaldırdı - RƏSMİ

İtləri panda adı ilə turistlərə təqdim etdilər - VİDEO

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edildi

30 il sonra dəfn olundu - FOTO

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

Rasim Balayev deputat olacaq?

Bütün xəbərlər