Gündəm

    0
Bakıda keçirilən III Eksperimental Teatr Festivalı başa çatıb
 

Dekabrın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan "2+1” III Eksperimental Teatr Festivalının bağlanış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Xalq artisti Hacı İsmayılov çıxış edərək festival barədə məlumat verib. Bildirib ki, Abbas Mirzə Şərifzadə adına Aktyor Evində baş tutan festival doqquz gün davam edib və bu günlər ərzində bir-birindən maraqlı 18 tamaşa oynanılıb.

Qeyd edib ki, festival çağdaş dövrümüzdə teatrların necə inkişaf etməsini, yeni düşüncə tərzini, yeni formaların səhnəyə gəlişini tamaşaçılara çatdırmaq məqsədi daşıyır.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov bildirib ki, ölkəmizdə belə festivalı keçirməklə bir addım irəli getmiş oluruq. Bununla kifayətlənməyib tamaşalarımızı beynəlxalq festivallarda təbliğ etməklə yanaşı, xarici teatrları da ölkəmizə dəvət etməliyik.

Ötən əsrin 90-cı illərinin Azərbaycan teatrı üçün çətin bir dövrün olduğunu deyən A.Nemətov deyib ki, Azərbaycan Teatr Xadimləri İttifaqı o vaxtlar teatrlara böyük dəstək olub, onları tənəzzülə uğramaqdan qoruyub. Qeyd edib ki, dövlət başçımızın müvafiq sərəncamları ilə teatrlarımız təmir olunub, onların maddi-texniki bazası möhkəmləndirilib.

Sonra Gəncə Dövlət Kukla Teatrı "Düyməcik”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti "Boksçu”, Ağdam Dövlət Dram Teatrı "Kimdir müqəssir”, Qusar Dövlət Ləzgi Dram Teatrı "Üç gün, üç gecə”, Bakı Uşaq Teatrı "Ballı” tamaşalarına görə fəxri diplomlarla təltif olunub.

Qeyd edək ki, diplom alanlar sırasında özəl teatrlar da olub.

Son xəbərlər

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bütün xəbərlər