Gündəm

Gülşən Rəvan qızının nakam Cəbrayıl SEVGİSİ
 
 
 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 
 
 

Artıq 26 ildir ki, erməni işğalı altında qalan Cəbrayıl elinə, rayon ictimaiyyətinə ağır itki üz verib. Behbudova Gülşən Rəvan qızı 22 iyul 2019-cu ildə 42 yaşında ürək tutmasından vəfat edib. 

 

Gülşən Behbudova 1977-ci ildə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. Tibb təhsili alan Gülşən Rəvan qızı 1993-cü ilin avqustundan, doğma yurdu Cəbrayılın işğalından sonra Bakı şəhərində məskunlaşıb. Paytaxtın müxtəlif tibb müəssisələrində, o cümlədən Nəsirəddin Tusi adına Klinikada və "Ege Hospital”da (keçmiş Grand Hospital) işləyib. Sonuncu iş yerində - "Ege Hospital”da assistent kimi çalışıb. İnsanları və insanlığı, səmimiliyi, dürüstlüyü sevən G.Behbudova məhz bu keyfiyyətlərinə görə işlədiyi kollektivdə hər kəsin rəğbətini qazanıb.  

 

Gülşən Rəvan qızı vaxtilə Facebook sosial şəbəkəsində "CƏBRAYILIM” qrupunun adminlərindən biri olub. Daha sonra "Cəbrayılda qalan dünyam” qrupunun yaradıcılarından və adminlərindən biri kimi fəaliyyət göstərib. Digər adminlərlə birlikdə rayonun ziyalılarını bu qruplarda birləşdirib, gəncləri dəvət edərək, onların vətənpərvər ruhda böyüməsi üçün bütün gücünü sərf edib.

 

G.Behbudova sıradan biri deyildi. İctimai fəal kimi tanınan, fəal vətəndaş mövqeyi ilə seçilən Gülşən Rəvan qızının yurdsevərliyinin, vətənpərvərliyinin, insanpərvərliyinin sərhədi yox idi. Vətən yanğısı, yurd həsrəti, Cəbrayıl, Qarabağ və bütövlükdə Azərbaycan sevgisi sərhəd tanımırdı. Cəbrayılın anım günlərinin təşkili ilə əlaqədar bütün tədbirlərdə iştirak edir, xüsusi fəallıq göstərirdi. İmkanı daxilində hətta yaxın-uzaq bölgələrdə torpağa tapşırılan şəhidlərimizin dəfn və hüzn mərasimlərinin, Qarabağla bağlı tədbirlərin iştirakçısı olurdu. 

 

Təlatümlü bir dənizdə bir növ aysberqə bənzəyirdi Gülşən xanım. Onunla rastlaşanda qarşında son dərəcə xoşbəxt, şən və gülərüz bir xanım canlanırdı. Bu hal ola bilsin, onu yaxından tanımayanlarda "bəxtəvərin yaylağa qalxması” təsəvvürünü yaradırdı. Həqiqətdə isə Gülşən xanım iç dünyasında – görünməyən daha nəhəng tərəfində yurd həsrətinin göyüm-göyüm göynətdiyi, sızlatdığı, bozlatdığı nəhəng bir Cəbrayılsızlıq dərdi daşıyırdı. Yəni "dərd əlindən dağlara çıxmışdı” Gülşən xanım. Ruhu bədənində əziyyət çəkirdi. 26 ildir içində gəzdirdiyi Vətən eşqi, dəli bir Cəbrayıl sevgisi, nəhayət 22 iyul 2019-cu ildə nakam sevgiyə çevrildi. Elə bil vəfasız ürəyinə dammışdı amansız əcəlin yaxınlaşdığı. Ölümündən cəmi iki gün əvvəl, 20 iyul saat 20:47-də: - Nə var Allahdan yuxarı!? Nə var qəbirdən aşağı!? Toparlan, ruhum, gedirik, Sən yuxarı, mən aşağı - dedi və getdi. Getdi ki, əbədilik qazansın. Getdi ki, heç olmasa ruhu doğma yurda qovuşsun...

 

Rahat uyu, əziz bacımız, istəklimiz, yurddaşımız, qız qardaşımız, Vətən daşı olmağı bacaran vətəndaşımız! Sən özündən sonra böyük bir örnək, böyük bir nümunə qoyub getdin. Vətəni, yurdu, Cəbrayılı təmənnasız sevmək, azadlığı uğrunda mübarizə aparmaq nümunəsi. Parlaq, unudulmaz xatirən hər zaman qəlbimizdə yaşayacaq.

 

Allah qəriqi rəhmət eləsin! Məkanın cənnət, ruhun şad olsun!

 


"Facebook” sosial şəbəkəsində yaradılan 

"Cəbrayılım Təşkilat Komitəsi” adından

Nəriman Mahmud 

Gülşən Rəvan qızının nakam Cəbrayıl SEVGİSİ
Gülşən Rəvan qızının nakam Cəbrayıl SEVGİSİ

Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər