Gündəm
Gündəm / Mədəniyyət
"Məktəb illəri" - Təqdimat
"MUMtv.az" xəbər verir ki, bu gün gənc yazar Aqil Yaşaroğlunun "Məktəb illəri" kitabı oxuculara təqdim edilib.
Təqdimatda gənc yazarlar və mətbuat nümayəndələri iştirak edib.
Çıxış edənlər gənc müəllifin hekayələri barəsində müsbət fikirlərini bildiriblər və ona uğurlar arzulayıblar.
Qeyd edək ki, müəllifin oxuculara təqdim etdiyi "Məktəb illəri" kitabında yer alan hekayələr məktəbliləri ömrünün bu gözəl fəslini dərk edərək sevməyə, dəyərləndirməyə sövq edir, orta yaşlı, həmçinin yaşlı nəslin nümayəndələrində isə nastaljik hisslər yaradır.
Hər kəsin başa düşəcəyi dildə yazılan bu kitab oxucunu oxumağa başladığı kitabı sonuna qədər oxumağa məcbur edir sanki.
Xatirələrlə dolu cümlələr insanı məktəb illərinə aparır...
Biz də "MUMtv.az" kollektivi olaraq, müəllifi təbrik edir və daha böyük uğurlar arzulayırıq.
Jalə Asiman