Gündəm
Gündəm / Siyasət
"Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb" - Rusiya lideri
"Ermənistan hökuməti Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb".
"MUMtv.az" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (EEF-2023) plenar iclasında deyib.
Onun sözlərinə görə, Qarabağın statusunu Ermənistan özü müəyyən edib, onu Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.