Gündəm
Gündəm / Şou / Dünya
Daha bir ölkə Maksim Qalkinin konsertini ləğv etdi
Rusiyada xarici casus elan edilmiş yumorist Maksim Qalkinin Qazaxıstan konserti təxirə salınıb.
“MUMtv.az” xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun sözlərinə görə, onun Astana və Almatıdakı konsertlərinə mane olurlar.
“Hazırda dövlət səviyyəsində mənim konsertlərimə, sözsüz, qadağa var. Təəssüf edirəm, amma mən Qazaxıstanı sevirəm”, - deyə Qalkin bildirib.
Qeyd edək ki, avqustun 28-də Estoniyada Maksim Qalkinin konserti səbəbi göstərilmədən ləğv edilib. Konsert sentyabrın 15-də Tallində baş tutmalı idi.