Gündəm

Ombudsman Ermənistanın əsassız iddialarına cavab verdi

“Məlumat verildiyi kimi, Ombudsman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılan və 10 gün müddətinə inzibati qaydada həbs olunan Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryanı konfidensial qəbul edərkən həmin şəxslərin beynəlxalq və milli qanunvericiliyə əsasən hüquqlarının təmini vəziyyətini öyrənib və müraciətlərini dinləyib. Eyni zamanda, onların saxlanıldığı kameraya və gəzinti yerinə baxış keçirilib, saxlanma şəraitinin standartlara uyğun olduğu müəyyən edilib”.

"MUMtv.az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı məlumat yayıb

Qey edilib ki, qəbul edilmiş şəxslər saxlanma şəraitindən, onlarla rəftardan, qidalanmadan, habelə tibbi-psixoloji yardımdan razılıqlarını bildiriblər. Başçəkmənin gedişində həmin şəxslərin ailə üzvləri ilə telefon danışığı da təmin edilib. Bütün bunlar Azərbaycan dövlətinin həyata keçirdiyi humanist siyasətin bariz nümunəsidir.

Ermənistan seqmentində olan saytlar həyata keçirilmiş başçəkmə zamanı qəbul edilmiş A.Sarqsyanın qolunda olan və onun özünün də bildirdiyi kimi, bu ilin fevral ayında atası ilə şəxsi ailə təsərrüfatında işlədiyi zaman aldığı xəsarəti əsas götürərək Azərbaycanın göstərdiyi humanist siyasətə qarşı istifadə edirlər.

Onun qolunda olan həmin izin uzun müddət əvvələ təsadüf etməsi fotodan daha aydın görünür.

Bu baxımdan saxlanılan şəxslərlə bağlı məlumatların aydın şəkildə paylaşılması fəaliyyətin şəffaflığını bir daha təsdiq edir.

Təəssüflər olsun ki, Ermənistan hər zaman olduğu kimi, yenə də məqsədli şəkildə Azərbaycanofobiya siyasətini davam etdirir, yalan məlumatları tirajlayaraq dözümsüzlük mühiti yaratmaqda davam edir.

Regionda sülhün bərqərar olunması naminə Ermənistan tərəfi azərbaycanlılara qarşı nifrətin təşviqinə yol açan siyasətindən əl çəkməli, aidiyyəti beynəlxalq təşkilatlar isə insan hüquqlarının təməl prinsiplərinə zidd olan bu siyasətin qarşısının alınması istiqamətində zəruri tədbirləri görməlidirlər.

Son xəbərlər

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib - İDDİA

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR... - "ƏMİN" ƏLLƏRDƏDİR...

Keşlə bazarı sökülür? - Rəsmi açıqlama

"Meliorasiya və Su Təsərrüfatı"nın 2 idarəsi birləşir

Azərbaycanlı müğənni kamerunlu bəylə evlənib - VİDEO

Məhkəmə onlarla bağlı qərar VERDİ

Rəhmon Putini miqrantlar məsələsini müzakirə etməyə dəvət EDİB

Xocalıda insan qalıqları TAPILDI

Dövlət Su Ehtiyatları Agentliyinin daxilində gərgin anlar yaşanır - ŞOK məlumat

İlin sonuna kimi Cəbrayıla 712 ailə köçürüləcək - VİDEO

Bu Avropa ölkələri Fələstinin müstəqilliyini tanıya bilər

Sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq

Ermənistanda Azərbaycanla sərhəddə Rusiya hərbi və sərhəd postları yığışdırılacaq

Baş müstəntiq rəis müavini təyin edildi

Naxçıvanın incəsənət xadimlərini təltif olundu

Ukraynada məhkumlar səfərbərliyə cəlb ediləcək

Anar Kərimovun qaynının şirkətindən nazirliyə transfer - Sahil Babayev müşavir təyin etdi - FOTO

Bakının bu küçələri bağlı olacaq - Sürücülərin nəzərinə

NATO Ukraynaya qoşun göndərməyəcək

Sabah Bakıda 23 dərəcə isti olacaq

Bəzi incəsənət xadimlərinə Prezidentin mükafatları verildi

Bu şəxslərə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM

Prezidentdən Ömər Eldarovla bağlı SƏRƏNCAM

Rusiya səfiri Yaponiyanın ABŞ-ın atom bombası ilə bağlı siyasətini ikiüzlülük adlandırdı

Prezident və xanımı Həzi Aslanovun məzarını ziyarət etdi

İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım edildi

“WhatsApp”da yenilik

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Putin Paşinyanla təhlükəsizlik məsələlərini bağlı qapılar arxasında müzakirə etmək İSTƏDİ

Paşinyan Putinin təklifini qəbul etmədi - "Bunu danışmışıq"

Alman faşizmi üzərində qələbənin 79-cu ili

KTMT-dən Ermənistanın maliyyələşdirməni dayandırmasına REAKSİYA

Bütün xəbərlər