Gündəm

“Sazişin imzalanma şərtlərini Azərbaycan və Ermənistan özü müəyyən etməlidir” - Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Denis Qonçar TASS-a eksklüziv müsahibəsində Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının gedişindən danışıb. 

MUMtv.az” həmin müsahibəni təqdim edir: 

- Diplomatik səylərin intensivliyinə baxsaq, Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına daha çox diqqət yetirir. Mayın 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutub. Mayın 19-da və iyulun 25-də Rusiya paytaxtında üç ölkənin xarici işlər nazirləri arasında danışıqlar aparılıb. Bu əlaqələrin davam etdirilməsi perspektivlərini necə görürsünüz? Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında, xüsusən də Cənubi Qafqaz regionunda iqtisadi-nəqliyyat əlaqələrinin blokunun açılması mövzusuna dair üçtərəfli sazişlərin icrası istiqamətində işlər necə gedir?

- Hesab edirəm ki, heç kimdə şübhə yoxdur ki, Rusiya özünün coğrafi mövqeyinə, tarixi keçmişinə, əlaqələrinin əhatə dairəsinə və xarakterinə görə Cənubi Qafqaz problemlərinin həllindən kənarda qala bilməz və qalmamalıdır. Bizim əsas marağımız Rusiyanın düşmənlərinin nə deməsindən asılı olmayaraq, regionda davamlı sülh və sabitliyin bərqərar olmasından ibarətdir. Biz bütün mərhələlərdə Qarabağ münaqişəsinin həllində fəal iştirak etmişik. 2020-ci ilin noyabrında Rusiyanın yardımı və Prezident Vladimir Putinin şəxsi iştirakı ilə Azərbaycan və Ermənistan arasında barışıq prosesinin hazırkı mərhələsinin əsasları qoyuldu, 2020-2022-ci illərdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair yol xəritəsi hazırlanıb. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər imzalanıb.

Biz bütün istiqamətlər üzrə, o cümlədən regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinə başlanması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması, ictimaiyyət nümayəndələri və ekspertlər arasında dialoqun inkişafı üzrə vasitəçilik səylərini davam etdiririk. Hər şey istədiyimiz qədər sürətlə getmir, lakin bu, münaqişə illərində yığılmış problemlər və ziddiyyətlər nəzərə alınmaqla başa düşüləndir. Eyni zamanda, biz işi süni surətdə sürətləndirmirik və görüşlərin keçirilməsi xatirinə görüş təşkil etmirik. 

İyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində sonuncu görüşlər Qarabağda mürəkkəb vəziyyət fonunda baş tutub. Həssas təfərrüatları açıqlamadan deyə bilərəm ki, gərginliyi azaltmaq üçün tərəfimizdən kompromis həll yolları təklif edilib. Ümid edirik ki, humanitar qayğılar, sadə insanlara yardım istəyi Bakı ilə İrəvan arasındakı siyasi fikir ayrılıqlarını üstələyəcək.

Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasına gəlincə, bu məsələlər Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu vasitəsilə ətraflı müzakirə olunur. İşçi Qrupunun sonuncu iclası iyunun 2-də Moskvada baş tutub. Nəticədə tərəflər Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının bloklanmasının aradan qaldırılması üsullarının razılaşdırılmasında mühüm irəliləyişin əldə edildiyini, xüsusən Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsinə dair ümumi anlaşma əldə edildiyini bildirdilər. İyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə də bu mövzuya toxunulub, bizim tərəfimizdən bu işin tez bir zamanda layihələndirmə mərhələsinə keçirilməsi arzusu ifadə olunub.

Eyni zamanda, biz bu yolda bütün razılaşmaların paritet olmasını təmin etməyə çalışırıq. Tərəflərin heç biri kiminsə daha çox qazandığını hiss etməməlidir. Nəqliyyat kommunikasiyalarının, ilk növbədə, dəmir yolu əlaqəsinin blokdan çıxarılması Cənubi Qafqazın nəhəng iqtisadi potensialının üzə çıxmasına kömək edəcək və üçtərəfli işin bütün digər sahələrinə güclü təkan verəcək.

- Ermənistanda və Azərbaycanda deyirlər ki, onlar sülh müqaviləsinin tezliklə bağlanmasına yönəliblər. Lakin bu sənədin imzalanması üçün son tarixlər təxirə salınır, onun müddəalarının uyğunlaşdırılması açıq şəkildə dalana dirənir. Bu ölkələr arasında çoxdan gözlənilən sülhün bərqərar olmasına hansı problemlər mane olur? Moskva bu prosesə necə kömək edir?

- Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli sazişlərin elementlərindən biridir. Rusiya tərəfi bütün səviyyələrdə siyasi və diplomatik kanallardan istifadə edərək, bu sənədin hazırlanmasında Bakı və İrəvana yardım göstərir: üçtərəfli sammitlər hər il keçirilir, xarici işlər nazirləri müntəzəm görüşür. 2022-ci ilin aprel ayında Rusiya xarici işlər nazirinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına yardım etmək üzrə xüsusi nümayəndəsi İqor Xovayev təyin edilib və o, fəal şəkildə fəaliyyət göstərir.

Bakı və İrəvandan mümkün qədər tez sülhə nail olmaq öhdəliyi barədə siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar. Hələ bir sıra mürəkkəb mövzular üzrə həll yolları tapmalıyıq. Onlardan ən mühümü Azərbaycanın hüquqi müstəvisi çərçivəsində Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsi və hamı tərəfindən tanınmış hüquqlarına riayət olunması problemidir.

Müvafiq məntiqi tərəflər 1991-ci il Alma-Atı Bəyannaməsinin effektivliyini qarşılıqlı təsdiqlədikdən sonra müəyyən ediblər. Sazişin həyata keçirilməsi üçün Ermənistan və Azərbaycanın suverenliyini və siyasi müstəqilliyini şübhə altına almayan beynəlxalq dəstək mexanizminin yaradılması tələbi də var.

Biz bu mövqedən çıxış edirik ki, sazişin imzalanma şərtlərini tərəflərin özləri müəyyən etməlidir. Məsul vasitəçilərin vəzifəsi danışıqlar prosesini sürətləndirmək deyil, uzunmüddətli razılaşmaların əldə olunmasını asanlaşdırmaqdır. Bu da inkişaf etmiş reallıqlara, ilk növbədə, ən yüksək səviyyədə Rusiya-Ermənistan-Azərbaycan bəyanatlarına və onların əsasında fəaliyyət göstərən mexanizmlərə əsaslanmalıdır.

Tələsik hazırlanmış sülh müqaviləsi regiona davamlı sülh gətirməyəcək. Əksinə, gələcəkdə yeni münaqişələrin, faciələrin əsasını qoyacaq. Sürətə deyil, balanslaşdırılmış və qarşılıqlı qəbul edilə bilən həllərin keyfiyyətli hazırlanmasına üstünlük verilməlidir.

Son xəbərlər

Maqnit qasırğası gözlənilir

Komitə sədrindən boşanmalar və erkən nikahlarla bağlı AÇIQLAMA

DİN-in rəhbər heyəti Heydər Əliyevin məzarını ziyarət etdi

İrəvan günə etirazlarla başladı - VİDEO

İlham Əliyev və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR

"Dollar və avro lazımsız valyutalardır" - Lukaşenko

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Paşinyanın istefası tələbi niyə cavabsız qalıb?

Paytaxtın iki rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib - İDDİA

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR... - "ƏMİN" ƏLLƏRDƏDİR...

Keşlə bazarı sökülür? - Rəsmi açıqlama

"Meliorasiya və Su Təsərrüfatı"nın 2 idarəsi birləşir

Azərbaycanlı müğənni kamerunlu bəylə evlənib - VİDEO

Məhkəmə onlarla bağlı qərar VERDİ

Rəhmon Putini miqrantlar məsələsini müzakirə etməyə dəvət EDİB

Xocalıda insan qalıqları TAPILDI

Dövlət Su Ehtiyatları Agentliyinin daxilində gərgin anlar yaşanır - ŞOK məlumat

İlin sonuna kimi Cəbrayıla 712 ailə köçürüləcək - VİDEO

Bu Avropa ölkələri Fələstinin müstəqilliyini tanıya bilər

Sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq

Ermənistanda Azərbaycanla sərhəddə Rusiya hərbi və sərhəd postları yığışdırılacaq

Baş müstəntiq rəis müavini təyin edildi

Naxçıvanın incəsənət xadimlərini təltif olundu

Ukraynada məhkumlar səfərbərliyə cəlb ediləcək

Anar Kərimovun qaynının şirkətindən nazirliyə transfer - Sahil Babayev müşavir təyin etdi - FOTO

Bakının bu küçələri bağlı olacaq - Sürücülərin nəzərinə

NATO Ukraynaya qoşun göndərməyəcək

Sabah Bakıda 23 dərəcə isti olacaq

Bəzi incəsənət xadimlərinə Prezidentin mükafatları verildi

Bu şəxslərə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM

Bütün xəbərlər