Gündəm
Gündəm
Zəhərlənən tələbə qızların hamısı evə buraxılıb
Bakıda kirayə qaldıqları evdə zəhərlənən tələbə qızlardan sonuncusu da xəstəxanadan evə buraxılıb.
Bu barədə MUMTV.az-a 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsindən bildiriblər.
Qeyd olunub ki, 6 nəfər nəfər zəhərlənən qızlardan sonuncusu 2002-ci il təvəllüdlü Süleymanlı Ləman Əfqan qızı da ambulator müalicəyə yola salınıb. Vəziyyəti digərlərindən daha ciddi olan qız sistem altında müalicə alırdı.
Xatırladaq ki, Bakıda daha 6 tələbə qız dəm qazından zəhərlənib, onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir.
/Trend