Gündəm


 
İmişli Rayon Mərkəzi Xəstəxanasına ayrılmış büdcə vəsaitlərini mənimsəyən şəxslərə cinayət işi başlanılıb.

Bu barədə Yeniavaz.com-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, İmişli Rayon Mərkəzi Xəstəxanasına ayrılmış büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaqla həmin xəstəxananın baş həkimi Eynulla Qasımovun “Xanlar-Aysu” MMC-nin direktoru Xasməmməd Bayramovla əlbir olaraq dövlət büdcəsindən səhiyyə xərcləri üçün ayrılıb, eləcə də tibb müəssisələrində əsaslı təmir işlərinin həyata keçirilməsi üçün onlara etibar edilmiş 44 min manatdan artıq pul vəsaitini informasiya resursları və rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə dövlətə dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi təmin edilib, Eynulla Qasımovun ölümü ilə əlaqədar barəsində cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilib, Xasməmməd Bayramova isə Cinayət Məcəllənin 179.2.1, 179.2.3, 179.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

“Xanlar-Aysu” MMC barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məlumatlar da daxil olmaqla cinayət işi baxılması üçün məhkəməyə göndərilib.


Son xəbərlər

Hesablama Palatası DSMF-də yoxlama aparır

“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” — Polis hərəkətə keçdi

Yasamalda əməliyyat: Saxlanılanlar var — VİDEO+FOTO

Qubad İbadoğluya elektron qandal taxıldı — FOTO

Bu universitetin rektoru 110 min manata yeni avtomobil sifariş verib

Şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Bakıda restoranda faciə: Zarafatla güləşdilər, bir öldü - Hökm oxundu

Ermənistanın Azərbaycanla sərhəddə torpaq sürüşməsi oldu

Sabunçu "kralı" rayonu " öz qanunları" ilə idarə edir - VİDEO

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırıldı

Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başladı

Bu şəxslərə 1380 manat ödəniş edilir

Ermənistanın Birinci Kanalı Əskipara ilə bağlı filmi sildi

Lavrov dünyadakı problemlərin səbəbini açıqladı

Günəşdə yeddi güclü partlayış olub

DİN-dən valideynlərə MÜRACİƏT

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Bütün xəbərlər