Gündəm

facebook sharing button

Azərbaycanın Həcər qeyrətli Mehribanı.

Həyata gözlərimi açandan, ağlım kəsəndən fəxr etmişəm ki, ana yurdum, doğma ocağım, barlı-bərəkətli torpağım və müqəddəsgahım Qubadlıdır. Təkcə ona görə yox ki, o torpaqda böyüyüb boya-başa çatmışam. Ona görə ki, əzəldən qəhrəmanlar diyarı, ərlər, ərənlər oylağı kimi ad-san qazanmış, tarixlərin yaddaşında həmişəyaşar iz qoymuş, nəsillərə örnək, milli mentalitetimizə layiqli rəmz olmuş qocaman diyarımız bax, elə xəyallarımızda da beləcə əəbədiləşmiş, beləcə daşlaşmışdır.

Hansı bir dövrü, hansı bir zamanı vərəqləsən, o dövrün, o zamanın yadda qalan şərəfli hadisələri öz əksini o torpaqda tapmamış olmur. Qubadlının övladlarında olan igidlik, qəhrəmanlıq, mərdlik, cəsarətlilik və qorxmazlıq bu gün dünyanın elə bir küncü-bucağı yoxdur ki, orada yaxşı mənada öz əksini tapmamış olsun. Əzəli və əbədi dillərdə dastan olan Qaçaq Nəbi və Həcərimizin Azərbaycan tarixində dünyaya car çəkən əks-sədası hər bir azərbaycanlımızın qürur mənbəyinə, qəhrəmanlıq simvoluna çevrilərək milli genimizə gətirdiyi dəyərlər gözlərimiz önündədir. Qubadlı Azərbaycanımızın qürur mənbəyidir, - deyənlər heç də yanılmırlar. Hər şey göz qabağındadır. Qubadlının oğlanları Qaçaq Nəbi qeyrətli, qızları da Həcər ismətlidirlər. Bu insanlar Allahın kübarlıq bəxş etdiyi insanlardır, misilsiz ada-sana və şöhrətə layiqdirlər. Bu insanlar Azərbaycanımızın qürur, nüfuz və mərdlik simvoludur.Bu gün bəlkə də çoxları Elvira Araslının «İnsan və onun zamanı» adlı dəyərli tarixi əsərindən xəbərsizdir. Belə deyək, Yusif ağa kimi nəhəng bir şəxsiyyətin, onun timsalında daha neçəsinin böyüklüyü çoxlarına məlum deyil. Ancaq heç nə unudulmur, heç nə yaddan çıxmır. Bu mənada, Yusif ağanın şəcərəsi barədə oxucularımıza məlumat vermək istəyirəm.

Azərbaycanın Həcər qeyrətli Mehribanı - FOTOLAR

Əli Əmiraslanov Zəngəzur mahalının Qubadlı qəzasının dağ kəndi olan Balahəsənlidə doğulmuşdur. Erməni quldur dəstələri Turkiyə, Naxçıvan və İrəvandan sonra Zərgəzuru da qana boyadıqları vaxt Əlinin də nənəsini və bütün qohumlarını diri-diri yandırmışlar. Əli də məcburiyyət qarşısında qalaraq Şamaxı şəhər idarəsində böyük vəzifə sahibi olan dayısı - Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın ana babası Yusif ağanın yanına gedir. Qubadlının dağlar oğlu həyatının ən ağır, ən məşəqqətli günlərini kiprikləri ilə od götürə-götürə yaşasa da, nəhayət ki, Moskvada ali məktəb bitirib elmlə məşğul olur, elmi işçidən SSRİ Baş Geologiya İdarəsinin rəisi, Əlvan Metallurgiya Nazirliyinin idarə rəisi, Kollegiya üzvü, Stalinin geologiya məsələləri üzrə müşaviri vəzifələrinə qədər yüksəlir, geologiya-minerodogiya elmləri doktoru alimlik dərəcəsi alır, SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü (1953-cü il) və s. kimi tarixə düşür. Belə bir şəxsiyyət haqda çoxlarının xəbərsiz olması sadəcə, təəssüf doğurur.

Bəhs etdiyim nəslin nümayəndəsi olan Mehbalı Əmiraslanov da Moskvada Mədən Akademiyasını bitirəndən sonra Leninqradda (Sankt-Peterburq) çalışır, sonra Azərbaycana qayıdaraq Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, Mərkəzi Komitə katibi, Büro üzvü, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı olur, zəngin bir həyat yolu keçir.

Azərbaycanın Həcər qeyrətli Mehribanı - FOTOLAR

Bax, tarix budur! Heç kim - Sən haralısan? - deməməlidir. Biz hamılıqla bir Azərbaycanıq və onun qoynundan həyata səpələnmişik...
Bəli, Qaçaq Nəbi və Həcərin nəsillərə ərməğan etdikləri əbədi qürur, mərdlik, dəyanət, dözüm, Vətən eşqi, namus-qeyrət mücəssəməsi bu gün ölkə prezidentinin ən etibarlı, ən yaxşı köməkçisi Mehriban Əliyevanın fövqündə öz əksini tapır.

Türkiyə və Qafqazın tarixinə onlarla tanınmış dövlət xadimi bəxş etmiş Zəngəzurun ən nüfuzlu, əsilli-köklü bəy nəslinin - Sultanovların nümayəndəsi Yusif ağa rus-yapon müharibəsində igidliyi ilə ad-san qazanıb, rus hökumətinin ordenlərinə layiq görülüb.

Bu nəsildən olan Əli Əmiraslanovun Stalin, Beriya, Mir Cəfər Bağırov, sovet elminin başında duran bir çox alimlərlə münasibətləri olub. Mir Cəfər Bağırov onu dəfələrlə Azərbaycan Nazirlər Soveti sədrliyinə, Elmlər Akademiyası prezidentliyinə israrla dəvət edib, o isə Azərbaycanımızı xaricdə təmsil etməyi daha üstün tutub.

Göründüyü kimi, tarixi faktlar həqiqətləri açır. Biz bu faktları göz-bəbəyimiz kimi qorumalı, sonrakı nəsillərə ötürməliyik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanımı Mehriban Əliyevanın Qubadlı rayonuna səfəri zamanı rayon ictimaiyyətinin böyük sevinc hissi yaşaması, şəhid Milli Qəhrəman Şukur Həmidovun atası Nəriman Həmidovun onlara ata- baba yurdunuza xoş gəlmisiniz deməsi də Qubadlının necə fəxarət doğuran bir müqəddəs yer olmasına işarədir. Bəli , Qubadlı Azərbaycana böyük şəxsiyyətlər bəxş edib.
Tarix onsuz da heç nəyi silmir, heç nəyi itirmir. Gəlin, biz də tarixi faktları itirməyək, nəsillərin yaddaşına köçürək.Elbrus Quliyev,
“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədr müavini,

Dövlət Statistika Komitəsi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri.

Qeyd: “Azərbaycanın Həcər qeyrətli Mehribanı” adlı yazıda böyük bir epoxanı özündə təcəssüm etdirən qeyrətli insanların əzmi, yurd, Vətən sevgisi və el təəssübü, Qubadlıdan pərvəriş edən böyük şəcərə və onu təmsil edən ləyaqtəli insanlar barədə fikirlər sıralanır. Səmimi deyək ki, yazının müəllifi Elbrus Quliyev özü də bu ali dəyərləri özündə birləşdirən şəxsiyyətdir. Tərcümeyi-halına qısaca nəzər yetirəndə, məlum olur ki, səmərəli ictimai fəaliyyəti, qaçqın, məcburi köçkün, şəhid, qazi və əlil ailələrinə maddi və mənəvi dəstək olub, onların sosial-məişət problemlərinin həllində əlindən gələni əsirgəməyib. Bu, özü bütövlükdə ali bir şəxsiyyət olmaq anlamıdır, Elbrus Quliyevin taleyində önəm daşıyıb.

P.S. Müstəqil Həmkarlar İttifaqının 30 illik yubileyi çərçivəsində Sultanovlar nəslinin layiqli nümayəndəsi Elbrus Quliyevin əməyi yüksək qiymətləndirilib və o, “30 illik yubiley medalı” ilə təltif edilib.
Elbrus Quliyevi təbrik edir, qeyrətli, el təəssübü çəkən bir insan kimi təbrik edirik. Allah can sağlığı versin.

Son xəbərlər

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - FOTOLAR // VİDEO

İlham Əliyev Yan Vanmini qəbul etdi

Xalq artisti estetik cərrahı məhkəməyə verdi

Sürücülərin diqqətinə: Cərimələnə bilərsiniz - VİDEO

Həbsdən çıxan kimi ilk bu yerə getdi - FOTO

Rusiyada polis postuna silahlı hücum edildi - Ölənlər var

İntihar etməyi düşünən insanlar daha çox bu sözləri işlədir

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Bütün xəbərlər