Gündəm

Oqtay Gülalıyevdən yeni xəbər var – Komadan ayılma ehtimalı…
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
İstanbulda yerləşən "Amerikan Hastanesi”nə köçürülmüş komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevdən xəbərlər var.

Gülalıyevlər ailəsinin dostları bildiriblər ki, Oqtay bəy artıq 3-cü gündür ki, "Amerikan xəstəxanası”na transfer edilib.

"Dünən əməliyyat olunub, başındakı qanlı su təmizlənib. Bu gün rəngi özünə qayıdıb, xeyli yaxşı görünür. Həkimi Mehdi Sasani deyir ki, bu elə böyük bir əməliyyat deyil, amma beyinə yığılan kirli suyu təmizləmək onu rahatlatacaq. Nəfəs alması da yaxşılaşıb, müqaviməti yavaş-yavaş bərpa olur, sonrasını müalicə göstərəcək”,- ailənin dostları bildiriblər.

Həkimlər deyiblər ki, Oqtay Gülalıyevin qanında mikrob var, onu təmizləməyə çalışırlar. Xəstənin qısa zamanda komadan ayılma ehtimalı böyükdür,

Qeyd edilir ki, "Amerikan xəstəxanası” İstanbulun ən məşhur klinikalarından biridir – həm tibbi avadanlığı, həm həkim kontingenti, həm də yüksək səviyyəli gigiyenik təmizliyi ilə.

Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev "City Hospital”a köçürülüb, oktyabrın 30-da burada əməliyyat olunub.

Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Daha sonra isə xəstə Heydər Əliyev Fondunun yardımı ilə Türkiyəya aparılıb.

Beyni əzilməsi diaqnozu qoyulan O.Gülalıyev hazırda koma vəziyyətindədir.

Son xəbərlər

Ermənistanın Azərbaycanla sərhəddə torpaq sürüşməsi oldu

Sabunçu "kralı" rayonu " öz qanunları" ilə idarə edir - VİDEO

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırıldı

Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başladı

Bu şəxslərə 1380 manat ödəniş edilir

Ermənistanın Birinci Kanalı Əskipara ilə bağlı filmi sildi

Lavrov dünyadakı problemlərin səbəbini açıqladı

Günəşdə yeddi güclü partlayış olub

DİN-dən valideynlərə MÜRACİƏT

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Bütün xəbərlər