Gündəm

İran Azərbaycanında qız məktəblərində zəhərlənmə halları davam edir

MUMtv.az” “Amerikanın səsi” Radiosunun tvitter paylaşmasına istinad edərək xəbər verir ki, ötən gün martın 5-də İran Azərbaycanının şəhərlərində məktəblərdə qız şagirdlərin zəhərlənməsi ilə bağlı xəbərlər yayılıb. İran şəhərlərində qızların təhsil mərkəzlərinə zəhərli qazla hücumlar geniş vüsət alıb. Ölkə mediasında və sosial şəbəkələrdə yayılan xəbərlərə görə, dünən Təbriz, Zəncan, Urmiyə, Xalxal, Germi, Meşginşəhr, Marağa, Əbhar və Xürrəmdərə şəhərlərindəki məktəblərfə qızlar zəhərlənib.

Təbrizin qız məktəblərində dünən və bu gün səhər şagirdlərin zəhərlənməsi ilə bağlı Şərqi Azərbaycanın təcili yardım şöbəsinin müdiri, doktor Cəfəri Ruhi 37 şagirddə zəhərlənmə əlamətlərinin müşahidə edildiyini və bunların təcili yardım maşınları ilə xəstəxanaya aparıldığnı bildirib.

Onun sözlərinə görə, martın 5-də səhər saat 10:30-a kimi 37 təbrizli qız zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Urmiyənin 2-ci bölgəsinin Təhsil İdarəsinin rəhbəri həmin şəhərdə bir məslək məktəbininin 11 tələbəsi və bir əməkdaşının zəhərləndiyini bildirib.

Həmçinin Urmiyədə Universitet tələbələri olan qızların yataqxanasında 29 nəfərin zəhərlənərək xəstəxanaya yerləşdirildiyini deyib
Ərdəbil vilayətinin şəhərlərindən olan Germi şəhərinin meri də bu şəhərin qız məktəblərində zəhərlənmə baş verdiyini bildirib. O deyib ki, 3 məktəbdə şagirdlər və məktəb işçiləri boğazda yanma və halsızlıq hissi ilə qarşılaşıblar. Bu rəsminin sözlərinə görə, şəhərdə 37 şagird və 3 müəllim zəhərlənib.

Zəncanda da qız məktəblərinə zəhərli qazla hücum olub. Zəncan valisinin siyasi və təhlükəsizlik işləri üzrə müavini Əbülfəzl Rəfii "İlkin araşdırmaya görə, Zəncan şəhərindəki qız liseylərindən birinin 28 şagirdi tənəffüs yollarından zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirildiyini" açıqlayıb.

Sosial mediada bəzi xəbər kanalları Şərqi Azərbaycan vilayətinin Şəbistər və Əcəbşir şəhərlərində də zəhərlənmə xəbərləri verir, lakin İranın rəsmi xəbər saytları bununla bağlı hələ ki, məlumat dərc etməyib.

Bəziləri ölkədə qız məktəblərinə və təhsil mərkəzlərinə edilən bu geniş kimyəvi hücumu "minillikçilik" ideyalara inanan ekstremist qruplaşmalarla əlaqələndirirlər.

İran İslam Respublikası prezidenti İbrahim Rəisi ölkədə yüzlərlə məktəbli qızın zəhərlənməsində "düşmənlərin" işi olduğunu kəşfiyyat və daxili işlər nazirinə bu məsələni araşdırmaq üçün tapşırıq verdiyini açıqlayıb. Lakin ölkə miqyasında əməliyyatlar apara bilən xarici qüvvənin məktəbli qızları zəhərləməkdə məqsədi aydın deyil.Həmçinin İran parlamentarilərindən birinin dediyinə görə, məktəblərdə N2 qazı aşkarlanıb.

Məsih Deneşvari Xəstəxanasının Reanimasiya şöbəsinin mütəxəssisi Məhəmməd Rza Haşimiyan "Hammihan" qəzetinə müsahibəsində "tələbələri zəhərləmək üçün istifadə edilən qazların bir neçə qazın və kimyəvi maddənin birləşməsindən düzəldilib və adi insanların onları əldə etməsi mümkün deyil -deyə, bildirib.

MUMtv.az
N.Məmərli


Son xəbərlər

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Qubad İbadoğlu siyasətdən getdi

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Müsavatda növbəti seçki - Namizədlər açıqlandı

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? - AÇIQLAMA

Sülhlə bağlı danışıqlar Ermənistan-Azərbaycan sərhədində keçirilə bilər

Azərbaycan-Belarus sənədləri imzalanıb

Pensiyalar nə qədər artıb?

Qara sarımsağın faydaları

Vardanyanın həbs müddəti uzadıldı

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanıldı

Ermənistan hökuməti bu kəndə görə Azərbaycandan vaxt istədi

Ermənistan sərhədçilərini delimitasiya olunmuş ərazilərə yerləşdirdi

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb

ABŞ yönümlü təriqətlər Ərdoğana qarşı sui-qəsd planlaşdırıblar - KİV

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

Tələbə qızı öldürüb dostu ilə birlikdə basdıran şəxs SAXLANILDI

Sərhədçilərimiz bu tarixdə Qazaxın 4 kəndinə yerləşdiriləcək

Ermənistanla sərhədimiz bu xəritələr əsasında delimitasiya olunur

Bu günə olan valyuta məzənnələri

Sülhməramlılar Xocalıdan belə yola salındı - VİDEO

Hərbçimiz vəfat etdi

Putin və Si Cinpinin məhdud tərkibdə görüşü keçirilir

Sərhədçilərin Ermənistan və Azərbaycan sərhədinə yerləşdiriləcəkləri vaxt bəlli oldu

Bu, dizlərinizi sağlam saxlayır

Bu gün demarkasiya-delimitasiya protokolu imzalana bilər

Daşaltı şəhidi Sabir Mustafayev dəfn olundu

Bütün xəbərlər