Gündəm

Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı onuncu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər

Hazırda Aİ Şurasına sədrlik edən İsveçin nümayəndəliyinin məlumatına görə, daimi nümayəndələr Ukraynada keçirilən xüsusi hərbi əməliyyatla əlaqədar Rusiyaya qarşı yeni, onuncu sanksiyalar paketi barədə razılığa gəliblər. Hesabatda deyilir ki, yeni məhdudiyyətlər paketinə “ikili təyinatlı mallar və texnologiyalar üzrə daha güclü ixrac məhdudiyyətləri, xüsusi əməliyyatı dəstəkləyən fiziki və hüquqi şəxslərə qarşı məqsədyönlü məhdudlaşdırıcı tədbirlər”, həmçinin “Rusiya tərəfindən istifadə edilən dronların çatdırılması və təbliğatı” daxildir.

İndi Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları Aİ Şurası tərəfindən yazılı prosedurla rəsmi şəkildə təsdiqlənməlidir, bundan sonra onlar Aİ-nin Rəsmi Jurnalında dərc olunacaq və qüvvəyə minəcək.

"MUMtv.az"ın Bloomberg-ə istinadən məlumatına görə, onuncu sanksiyalar paketinin rəsmi təsdiqi şənbə günü səhər alınacaq.

Xatırladaq ki, Aİ ölkələrinin səfirləri üç gün ardıcıl olaraq Aİ-nin fevralın 24-dən əvvəl elan etməyi planlaşdırdığı Rusiya Federasiyasına qarşı onuncu sanksiyalar paketini razılaşdırmağa çalışırlar. KİV-in məlumatına görə, əngəl İtaliyanın Aİ-yə rus kauçukunun tədarükü üçün bir sıra istisnalar yaratmaq təklifinə qarşı çıxan Polşanın mövqeyi olub. Həmçinin bildirilib ki, Polşa onuncu sanksiyalar paketini bloklaya bilər, çünki onu çox yumşaq hesab edir.

Bir gün əvvəl Böyük Britaniya, ABŞ və Kanada Rusiyaya qarşı əlavə sanksiyalar elan etmişdi.

MUMtv.az
Anarə Muhəmməd


Son xəbərlər

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Bütün xəbərlər