Gündəm
Gündəm / Hadisə / Foto
Masazırda dəhşətli yol qəzası - FOTO
Masazırda ağır yol qəzası baş verib.
Şahidlərin "MUMtv.az"a verdiyi məlumata görə Masazır dairəsində 525 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu hərəkətdə olan motosikleti vurub.
Motosiklet aşıb və sürücü yola düşüb. Bu zaman isə hərəkətdə olan "Zil" markalı yük avtomobili motosiklet sürücüsünün üzərindən keçib.
Hadisə nəticəsində motosikletin sürücüsü yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə dərhal Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Araşdırma aparılır.
Qeyd edək ki, "MUMtv.az"ın əldə etdiyi məlumata görə dünyasını dəyişən şəxs "Volt" çatdırılma şirkətinin əməkdaşı olub.
MUMtv.az
Fuad Ətşan