Hadisə
Hadisə
Gəncədə "Mazda" aşdı, ölən və yaralananlar var
Gəncə şəhərində ağır yol qəzası baş verib.
Kanal14.az-ın məlumatına görə, hadisə şəhərin mərkəzində, Aeroport istiqamətində gedən yolda qeydə alınıb.
Aeroport istiqamətində hərəkətdə olan "Mazda” markalı minik maşını idarəetməni itirərək aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib. Avromobildə olan 3 sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./MUMTV.az