Gündəm

Bakıda sağlamlıq turizminin inkişafına həsr olunmuş tədbir — FOTOLAR
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Bakıda sağlamlıq turizminin inkişafına həsr olunmuş "SWIC - Spa and Wellness International Congress” adlı tədbir keçirilib. 


MUMTV.az xəbər verir ki, "Rusiya Sağlamlıq və Wellness” Turizm Assosiasiyasının sədri Yelena Trubnikova tədbirin "SPA və Wellness” industriyasında maliyyə göstəricilərinə həsr olunmuş bölümündə çıxış edərək qeyd edib ki, hər iki istiqamətin investisiya cəlbediciliyini və iqtisadi efektivliyini artırmaq üçün təcili tədbirlərin həyata keçirilməsi lazımdır. 


Y.Trubnikova nümunə olaraq Rusiyanın "Top 100"nə daxil olan sanatoriya-kurort müəssisələrinin son 5 il ərzində bu istiqamətdə gördüyü işlərdən və əldə etdiyi uğurlardan danışıb. 


Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti Ruslan Quliyev isə Azərbaycanın sağlıq turizmi sahəsindəki imkanlarından bəhs edib. 

Assosiasiya rəhbəri bildirib ki, ölkəmizdə bu turizm növünün demək olar ki, bütün istiqamətlərinin inkişafı mümkündür, potensial var və lazımi tədbirlər həyata keçirilir. 


"Rusiya Sağlamlıq və Wellness” Turizm Assosiasiyasının sədri Yelena Trubnikova səfər çərçivəsində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) üzvləri ilə görüşüb. 


Azərbaycan Sahibkarlar Konfederasiyasının mənzil-qərargahında baş tutan görüşdə ölkəmizin sağlamlıq turizmi sahəsindəki potensialı, mövcud imkanlardan səmərəli istifadə yolları, bu istiqamətdə görülən işlər və qarşıdan gələn 2020-ci ildə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb. 


Görüşdə eyni zamanda sağlamlıq turizmi sahəsində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında birgə fəaliyyətlə bağlı hər iki ölkənin assosiasiyaları arasında memorandum imzalanıb. Sənəddə qarşılıqlı biznes forumların, infoturların keçirilməsi haqqında müddəalar öz əksini tapıb. 


Səfər çərçivəsində Yelena Trubnikovanın daha bir görüşü Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətovla baş tutub. 


Qonaq ali təhsil ocağının auditoriyalarına daxil olaraq tələbələrlə də görüşüb, fikir mübadiləsi aparıb. Görüşlərdə həmçinin tələbələrin Rusiya sağlamlıq turizmi təsisatlarında təcrübə keçmək imkanları və bu istiqamətdə ustad dərslərinin keçirilməsi barədə müzakirələr aparılıb./Demokrat.az

 

Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər