Gündəm



MUMtv.az: - 12 dekabr müasir Azərbaycanımızın qurucusu, ümumilli lideri Heydər Əliyevin anım günüdür. 
Əslində, bütün xalqımızın acısının hər il təkrar anıldığı, yaşandığı bu gün üçün hər kəsin deyiləcək ürək dolusu sözləri var. Ona yaxın olan qan bağlarının, onu yaxından tanıyanların sözləri, xatirələri daha çoxdur, deyə düşündük. Elə bu səbəbdən də ona yaxın olan insanlardan biri olan "Modern Ailə və İnkişaf" İctimai Birliyinin sədri Zərifə xanım Quliyeva ilə həmsöhbət olduq.
Zərifə xanımla müsahibəmizi təqdim edirik:

- Zərifə xanım bildiyiniz kimi 12 dekabr Ulu öndərimiz Heydər Əliyevin anım günüdür. Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sizin də fikrlərinizi bilmək istərdik.

Onu da bilirik ki, bu asbektdə sizin məlumatlarınız çox fərqli və zəngindir. Bu baxımdan da Ulu öndəri sevən ,Ulu öndərin həyatını, fəaliyyətini dərindən dərk edən, o fəaliyyəti hər zaman təbliğ və təşviq edən insanlardan biri kimi sizinlə həmsöhbət olmaq çox xoşdur. 
 
- Öncə sizi salamlayıram və sizə dərin təşəkkürümü bildirirəm ki, hər zaman mənimlə söhbətə vaxt ayırırsınız. Bu gün mən sizə deyə bilərəm ki, Ulu Öndər dünən də,  bu gün də, ümumiyyətlə  nə qədər ki, Azərbaycan xalqı və dövləti var  aldığımız nəfəs qədər yaxındır, doğmadır. 
Ulu öndər bizim damarımızdan axan qanımızdır, şüurumuzdur. Bu gün Azərbaycan xalqının firavan yaşamasının səbəbkarıdır. 

Müstəqil və müasir Azərbaycanın  möhkəm təməllər üzərində qurulmasında Ulu öndərin tarixi xidmətləri danılmazdır. Ölkəmizdə Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində Heydər Əliyevin böyük xidmətləri olub. O, Azərbaycan iqtisadiyyatını daima yüksəkliyə qaldırıb. Hədər yerə demirik ki, "Ulu öndər Azərbaycanın qurucusu, memarıdır". Ulu öndərin mən hər dəfə  bu sözünü  təkrarlayıram. O deyirdi ki, "Azərbaycan, sən müstəqilsən, sən sərbəstsən! 
Azərbaycan, səni heç kim sındıra bilməz."
Ona görə də bu müstəqilliyi bütün xalqımız qorumalıdır. Çünki, bu müstəqilliyi xalqımıza həyatımıza verən ulu öndərimizdir. Bilirsiniz, tarix elə bir məqamdır ki, tarix təkrarlanmalıdır. Mən bu gün də qürurla Ulu öndərin bütün qızıl sözlərini həyatımın hər anında istifadə edirəm. Ulu öndər hər dəfə deyirdi ki, "O, insanlar ki, tarixini dərindən bilmir, o xalq ola bilməz, millət olaraq özünü dünyaya göstərə bilməz". 
Hər bir millət öz tarixini bilməlidir. Ulu öndər öz əməli, işgüzar fəaliyyəti ilə tarix yazmış şəxsiyyətdir.   
Ulu öndər yeni Azərbaycan qurub yaratmağa nail olmuş dövlət rəhbəri olub. Bütün bu ali kefiyyətlər şüurlarımıza əbədi həkk olunub.
Heydər Əliyev hər zaman - Azərbaycanın batan, dağılan vaxtında, Azərbaycan xalqının od alov içində yanan vaxtında  kömək əlini uzadıb. O, Azərbaycana gələrək, vətəndaş qarşıdurması və qardaş qırğının qarşısını aldı. Hələ, 1969-cu ildə Sovetlər birliyində Mərkəzi Komitənin 1-ci katibi təyin olunanda rəhbərlik tərəfindən o vaxt Azərbaycanı xalqı aclıqdan əziyyət çəkirdi, xəstəlik yayılmışdı. Bir sözlə, Azərbaycanda acınacaqlı bir vəziyyət yaranmışdı.

Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın  təhsildə, inşaat və  maldarlıqda, kənd təsərrüfatında,  hər sahədə  ölkəni 15 respublika içərisində ucalara qaldırararaq, dünya ölkələri sırasında adını, şərəfini qaldırdı. Heydər Əliyevi heç kim sındıra bilməzdi. O,  mübariz bir insan idi. Bəlkə də çox paxıl insanlar, mənfur qonşular onu sındırmaq istəyirdilər. Amma, H.Əliyev həyatında heç vaxt sınmadı. H.Əliyev sovet  rejiminin sərt dönəmində rərəhbər vəzifədə olduqda daima Azərbaycanın milli maraqlarını müdafiə etmişdir.
Qarbaçov Heydər Əliyevin Siyasi gücü və mövqeyindən ehtiyat edirdi. Çünki, H.Əliyev xalqını qoruyurdu, kreslonu, vəzifəni yox...

Bəzi adamlar var ki, kreslonu ,vəzifəni xalqından uca tuturlar. Təəsüfflə qeyd edə bilərik ki, belələrinə də rast gəlirik.
1987- ci ildən 1993-cü ilə qədər Ulu Öndərimizə qədər ölkəmizə rəhbərlik edənlər ölkəni 0 (sıfır) səviyyəsinə endirdilər. O vaxt ölkəmizin hər tərəfində xaos hökm sürürdü. Hərə bir yerdə ağalıq edirdi. Xalq da bu od-alovdan çıxış yolunu H.Əliyevdə gördü və qəhrəman liderini yenidən dəvət edib, seçdi. O zaman ki, yartmaz rəhbərliyin özləri belə dəfələrlə H.Əliyevə müraciətlər edirdilər,  Bakıya gəlsin. H.Əliyev gəldi və od-alovda yanan sədaqətli xalqının xilaskarı oldu. 
Ümummilli liderimiz o zaman - gəlməmişdən öncə belə dedi:"Yeni Azərbaycan yaradacamsa razıyam, mən gələcəm". 
Beləliklə, 1992-1993-cü ildə Yeni Azərbaycan partiyasınının nizamnaməsini gecə -gündüz yorulmadan Naxçıvanda soyuqda, şaxtada özü yazdı.
Belə bir vaxtda H.Əliyevin siyasi hakimiyyətə gəlməsi əsl qəhrəmanlıq idi.
Hesab edirəm ki, onun xalqı və dövləti üçün göstərdiyi fədakarlığı nəzərə alsaq, Azərbaycanın ən böyük qəhrəmanı elə Ulu öndər Heydər Əliyev olmuşdur. 1990-cı ilin 20 yanvarında öldürülən əli yalın  şəhidlərimizə və 1992-ci ildə Xocalıda Şəhid ulmuş vətəndaşlarımıza1994-cü ilə qədər siyasi qiymət verən yox idi...
Ulu öndər ilk olaraq, 1994-cü ildə yanvar ayında 1-ci Parlament sessiyasında 20 yanvar və Xocalı hadisələrinə siyasi qiymət verdi və bu bəyannaməni bütün dünyaya yaydı. 

Bir əlində xəritə, bir əlində qələmi bütün dünya ölkələrinə etdiyi səfərlərdə  Azərbaycan adlı məmləkətimizi tanıdırdı.
Çıxışlarında deyirdi:
"Bizim torpaqlarımızı işğal ediblər, bizə sui-qəsd ediblər".  O,  bunları dünyaya isbat edirdi. O, vaxt Azərbaycanın adını zirvələrə qaldırmaq, birləşdirib möhkəmləndirmək çox çətin iş idi.
İqtisadiyyatı olmayan ölkə, ölkə deyil. H.Əliyev  1-ci iqtisadiyyatı qaldırdı. Bütün iqtisadçı alimləri çağırıb, onlara proqramı verib dedi ki, "iqtisadiyyatı qaldırmaq lazımdı". Eyni zamanda, tarixi bir uğura imza ataraq, müharibə gedən və 20 faizi işğal altında olan ölkədə əsrin kontraktını bağladı. Bu tarixi əhəmiyyətli kontrakdan sonra dünyanın ən irəlidə gedən ölkələri Azərbaycana gələrək,  sərmayələr qoydular. Hal-hazırda da həmin şirkətlər Azərbaycanda çalışırlar, işləyirlər. Bu böyük bir işdir.1994-cü ildə sentyabr ayında əsrin kontraktını bağlanmasının nəticəsidir ki, indidə böyük neft-qaz kəmərləri çəkilir. Bunlar hamısı Ulu öndərin o zaman çəkdiyi müyyənləşdirdiyi strateji xəttin davamıdır. Bu günkü gündə onun vəsiyyəti, uzaqgörənliyi ilə, verdiyi proqramla hər birimiz həyatımızın belə rifahını qurmuşuq. Ulu öndər Azərbaycanı bir övladı kimi bəslədi, birləşdirdi, böyütdü, ucaltdı, dünyaya tanıtdı.
Bu övladını o biri əziz övladına əmanət qoydu və övladı olan Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevi də xalqına əmanət etdi. Bu gün də H.Əliyevin vəsiyyətlərini möhtərəm Prezidentimiz uğurla həyata keçirir. Möhtərəm Prezidentimizin səyi nəticəsində 30 il işğalda olan torpaqlarımızı 44 gündə aldıq. 44 gün bizim möhtərəm Prezidentimizin əynindən əsgər paltarı çıxmadı. 44 gün hər gün, hər kəndə qədər, hər rayona qədər hansı torpağımız alındısa, möhtərəm Prezidentimiz televiziya vasitəsi xalqımızı sevindirdi və hər kəsdən hər gün saat 8-i gözləyirdi ki, "prezidentimiz bu gün daha bir xoş xəbər verəcək". Hər gün də xarici kanallara müsahibə verirdi, 44 günlük müharibə qurtardıqdan sonra  50-yə yaxın məşhur jurnalistlərə 4 saatdan  çox müsahibə verdi. Hər bir suala jurnalistlərin təmsil olunduqları ölkələrin  öz dilində cavablarını verdi. 
Bu gün fəxrlə deyə bilərik ki, bizim ölkəyə həm Ulu öndərimizi, həm də  Prezidentimiz İlham Əliyev cənablarını Allah-təala sanki, günəş bağışlayıb. Vaxtaşırı mötəbər Prezidentimiz və çox hörmətli Birinci Vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilən rayonlarımıza gedərlər, yeni proyektlər hazırlayaraq, infrastruktur layihələri gerçəkləşdirirlər. 

Nə qədər ki, Azərbaycan xalqı var, dahi liderimiz Heydər Əliyevin əziz xatirəsi daima ehtiramla anılacaq, yad ediləcəkdir.
Zamin ZeynalMillixəbər.az
 




Son xəbərlər

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

“AzerGold” QSC-nin yeni istiqrazlarının ilk faiz ödənişi olub

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Bütün xəbərlər