Gündəm

Lənkəranda möhtəşəm bayraq yürüşü - FOTOLAR
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar  Lənkəran Dövlət Universiteti, Lənkəran Şəhər İcra Hakimiyyəti, Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəranda möhtəşəm "Bayraq yürüşü” keçirilib. Bayram yürüşünə rayon  rəsmiləri ,yüzlərlə tələbə,müəllim, lənkəranlı gənc qatılıb.

Milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanması məqsədi ilə keçirilən "Bayraq yürüşü” şəhərin H.Əliyev prospektinin girəcəyindən start götürüb. 3 rəngli Azərbaycan bayraqlarının dalğalandırıldığı izdiham Dövlət Bayrağı Meydanına qədər 4 km-lik məsafədə  yürüş edib.

Prezident İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında söylədiyi "Qarabağ Azərbaycandır-Nida! şüarı yürüş boyu səsləndirilib.İzdihamlı yürüşü vətənpərvərlik ruhunda mahnılar müşayiət edib.3 rəngli Azərbaycan bayrağının əzəmətlə dalğalandığı bayram yürüşündə iştirakçılar varlığımızı və gücümüzü dünyaya tanıdan bayrağımızın işğal altında olan ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında buna nail olunacağına inamlarını ifadə edən şüarlar səsləndiriblər.
Yürüş iştirakçıları  əminliklə bildiriblər ki,Dövlət Bayrağı hər bir azərbaycanlının qürur mənbəyidir: "Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim milli kimliyimizi,mənliyimizi, azadlıq məfkurəsinə, milli dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir” .

Bayraq yürüşü Lənkəran Dövlət Universiteti tələbələrinin ifasında musiqili  bayram proqramı ilə yekunlaşıb.Tələbələrin milli vətənpərvərlik ruhunda  təşkil etdiyi konsert proqramı maraqla qarşılanıb.

Qeyd edək ki,  Respublika Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq hər il  keçirilən "Bayraq yürüşü” gənclərin milli dəyərlərə ehtiram, milli ideallara bağlılıq, vətənpərvərlik,
azərbaycançılıq ruhunda tərbiyə olunması baxımından əhəmiyyətli  rol oynayır.







Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər